• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyanın son qərarı: İrəvanı Qarabağa dəyişir

Sarkisyanın son qərarı: İrəvanı Qarabağa dəyişir
15.11.2017 15:47
Ermənistan prezidentinin Moskva səfəri öncəsi erməni mətbuatının yazdıqları

Serj Sarkisyan və onun komandası Qarabağı nəzarətdə saxlamaq üçün Ermənistanın müstəqilliyi qurban verirlər.

İstiPress-in məlumatına görə, bir sıra erməni şərhçilər Serj Sarkisyanın Rusiya prezidenti Vladimir Putinlə görüş üçün Moskvaya nəzərdə tutulmuş səfəri barədə yazdıqları məqalələrdə bu fikri dolayısı ilə də vurğulayırlar.

Məqalə müəlliflərinin fikrincə, Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Qarabağ məsələsində Azərbaycanın qarşısına ağır şərtlər qoyması, yəni Ermənistanın mövqeyini dəstəkləməsi paytaxt İrəvan başda olmaqla bütün ölkənin müstəqilliyinin itirilməsi nəticələnəcək.

Qeyd edək ki, görüşdən əvvəl politoloq Elxan Şahinoğlu bildirmiş ki, Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərt qoyacaq: 

"Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir”.

Görüşdən sonra nə Ərdoğan, nə də Putin Qarabağ barədə danışmadı, Rusiya tərəfindən dəstəklənən Ermənistan rəhbərliyi  rahat nəfəs aldı.  

Bu barədə baş redaktoru  olduğu "Lragir” portalında məqalə dərc etdirmiş erməni şərhçi Haykazn Qaqriyan məşhur rus nağılını yada salır və Moskvanı Ermənistanda bütün arzuları həyata keçirən qızıl balıq ovlamış qarı və qocaya bənzədib.

"Rusiya qızıl balıq haqqında dastanda olduğu kimi Ermənistandan hər şeyi aldı”,- deyən Haykazn Qaqriyanın fikrincə, növbədə Rusiyanın İrəvandan müstəqilliyini ləğv edib Rusiya ilə ittifaq dövlətində birləşməyi tələb edəcək.

Başqa erməni portalları da Rusiyadan gələn bu təhlükəni hiss edirlər. Məsələn, "epress.am” saytı bir xeyli əvvəl dərc etdirdiyi məqalədə Rusiyanın imperialist siyasəti sərt tənqid edilib və rusların həmişə ermənilərdən öz məqsədləri üçün istifadə etdiyi vurğulanıb. Məsələn, portal yazır ki, 19-cu əsrdə Axıskaya hücum edən rus ordusu uğursuzluq qazandıqdan sonra şəhər ətrafını, o cümlədən erməni ailələri də qarət etdi və 1500 erməni ailəsini girov kimi özü ilə Tiflisə köçürdü.

Moskvada yaşayan erməni ekspert Arbak Xaçatryan "1in.am"a müsahibəsində hakimiyyətdə olanların Ermənistanın müstəqilliyini şəxsi mənfəətləri üçün qurban verdiklərini vurğulayır: "Necə olur ki, Qarabağdan gəlmiş və bir qəpiyi də olmayan prezident Rusiyada səhmlər alır və biznesə milyonlar qoyur, onun prezident olduğu ölkədə isə xalq acından ölür?.. Onlar üçün müqəddəs heç bir şey yoxdur, soyqırım və Qarabağ problemi insanları qul kimi saxlamaq üçün bu gün də istifadə edilir".

Əslində, hazırda Ermənistan 1937-ci ildən əvvəlki Ermənistan SSR-in vəziyyətindədir. Onda da Ermənistanın ordusu vardı, amma indiki kimi Moskvaya tabe idi. Amma İranla və Türkiyə ilə sərhədlər indikinə nisbətən daha açıq idi. Xarici siyasət olsa da Moskvadan asılı ildi ki, indi də elədir. Ermənistanı Krımın vəziyyətinə düşərək Rusiyanın subyektinə çevrilməkdən yalnız bir addım ayırır. O, bu addımı atarsa, digər Avrasiya İttifaqı ölkələri üçün çox pis presdent olacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol