• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin Qarabağ ümidsizliyinin əsas - Səbəbi

Putinin Qarabağ ümidsizliyinin əsas - Səbəbi
18.11.2017 09:42
Ermənistanın işğalı altında olan 5 rayonun Azərbaycana qaytarılması ilə bağlı məsələ yeni deyil. Türkiyə prezidentinin açıqlamasından belə aydın bəlli olur ki, 5 rayonun qaytarılması ilə bağlı qərar, yaxud razılaşma var.

Bu sözləri Axar.az Türkiyə prezidentinin Qarabağla bağlı açıqlamasını şərh edən analitik Elçin Mirzəbəyli deyib. Analitik mətbuatda "işğal altında olan yeddi rayondan beşinin qaytarılması” təqdimatını doğru saymayıb:

"Azərbaycanın işğal edilmiş əraziləri deyildikdə bu inzibati ərazi subyektləri nəzərdə tutulmalıdır: Hadrut, Xocalı rayonu, Xankəndi, Şuşa, Ağdərə, Xocavənd, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Qazax rayonunun işğal altında olan əraziləri və Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Kərki kəndi. Yəni təkcə Dağlıq Qarabağ adlanan ərazinin ətrafındakı inzibati subyektləri deyil, Dağlıq Qarabağın özü də işğal altındadır.
 
Ərdoğanın Putinin ümidsizliyi və bu ümidsizliyin tərəflər arasındakı münasibətdən qaynaqlanması ilə bağlı fikirlərinə gəldikdə, bunu diplomatik cavab kimi dəyərləndirmək olar. Türkiyə prezidenti ümidsizliyin gerçək səbəblərini kifayət qədər yaxşı bilir və təbii ki, bu səbəblərin bir dövlət başçısı tərəfindən açıq şəkildə ifadə olunması mümkün deyil”.

E.Mirzəbəyli qeyd edib ki, Putinin "ümidsizliyi” və susqunluğu Rusiyanın bu prosesdən götürmək istədiyi dividentlərlə bağlıdır:

"Təsəvvür edin, qonşunuz sizin həyətinizin bir hissəsini qanunsuz olaraq zəbt edib, bütün məhkəmə qərarları sizin lehinizədir və qərarın yerinə yetirilməsi üçün icraçı, yaxud icraçılar müəyyənləşib. İcraçı isə məhkəmə qərarının yerinə yetirilməsinin əvəzinə həm qəsbkarın, həm də özünün qazanmasına çalışır. Maksimalist deyiləm, reallıqları da yaxşı başa düşür və dəyərləndirirəm. Amma indiki halda Rusiyanın münaqişənin tam və ədalətli həllində maraqlı olmadığı göz qabağındadır. Əslində, bu gün prosesi dəyərləndirmək üçün bir çox məsələlər açıq qalıb. Yaxşı, deyək ki, 5 rayon Azərbaycana qaytarılır və bunun müqabilində Ermənistanla kommunikasıya bərpa olunur, işğalçı ölkə regional layihələrdə iştirak edir, hətta Türkiyə ilə də birbaşa əlaqələrini genişləndirir.
 
Bəs o zaman Rusiya bu 5 rayonun qarşılığında hansı şərtlərlə çıxış edir? Azərbaycanın işğal altında olan digər ərazilərinin taleyi necə olur? Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi nə vaxta qalır? Prosesə kimlər və hansı öhdəliklərlə zəmanət verir? Bu sualların sayını artırmaq olar, amma bu onsuz da mürəkkəb olan mənzərəni daha da mürəkkəbləşdirə bilər. Yaranmış vəziyyətdə yeganə ümidverici məqam Türkiyənin bu prosesdə fəal mövqe sərgiləməsidir”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Prezident Putinlə Qarabağ məsələsini müzakirə etdiyini, lakin Putinin bu məsələnin həllinə ümid bəsləmədiyini bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol