• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili: Səfirlərimiz sürücülük edirlər

Millət vəkili: Səfirlərimiz sürücülük edirlər
22.11.2017 16:09
Millət vəkili Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin büdcəsini artırmağı təklif edib.

Anews.az Yenicag.az-a istinadən xəbər verir ki, bu gün Milli Məclisdə 2018-ci il dövlət büdcəsi layihəsinin noyabrın 21-də başlanmış müzakirəsi davam etdirilib. 

Bugünkü müzakirədə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev rəhbəri olduğu qurumun və xarici ölkələrdəki səfirliklərin büdcəsinin artırılmasının vacibliyini bildirib: "Mən bu barədə danışmaq istəmirdim, ancaq məcburam. Rəhbəri olduğum Şuraya dövlət büdcəsindən ayrılan vəsaitin ilbəil azaldılması bizim üçün də problemlər yaradır. Təsəvvür edin ki, ötən il Şura üçün nəzərdə tutulan vəsaitin 400 min manatı bizə hələ də köçürülməyib. Ölkədə 3 min civarında QHT-nin olduğunu nəzərə alsaq, Şuraya ayrılan vəsaitdən o təşkilatların hər birinə 1000-1300 manat pul düşür, bu da çox azdır. Gələn il ölkədə prezident seçkilərinin keçirilməsi gözlənilir.

QHT-lər ötən seçkilərdə müşahidəçiliklə bağlı geniş layihələr həyata keçiriblər. Ancaq Şuraya ayrılan vəsaitin azlığı həmin layihələrin maliyyələşdirilməsini çətinləşdirəcək. Başqa bir məsələyə də toxunmaq istərdim. Bildiyiniz kimi, son illərdə qənaət rejiminə keçidlə əlaqədar xərclərdə müəyyən ixtisarlar olub və bu məsələ xarici ölkələrdəki səfirliklərimizi də əhatə edib. Səfirliklərimizin büdcəsinin azaldılması onların Azərbaycan üçün əlamətdar günlərlə bağlı tədbirlər keçirmək imkanlarını xeyli məhdudlaşdırıb. Səfirliklərin büdcəsinin azaldılması hətta elə şərait yaradıb ki, bəzilərində sürücü ştatı da ləğv edilib və səfirlərimiz onlar üçün ayrılan avtomobilləri özləri sürür, yəni sürücülük edirlər.

Fikrimcə, səfirliklərimizin büdcəsini artırmaq lazımdır ki, onlar heç olmasa ştata sürücü götürə bilsinlər. Mən xahiş edərdim ki, Maliyyə Nazirliyi bu məsələlərlə bağlı təkliflərimizə diqqətlə yanaşsın”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol