• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn il Qarabağda Bakının xeyrinə dəyişəcək MÜHÜM MƏQAM

Gələn il Qarabağda Bakının xeyrinə dəyişəcək MÜHÜM MƏQAM
02.12.2017 12:23
2018-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi Qazaxıstan edəcək.

Publika.az xəbər verir ki, Qazaxıstana sədr postu KTMT-nin noyabrın 30-da Minskdə keçirilən iclasında təqdim olunub.

Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilən iclasda bir sıra məsələlər müzakirə olunub. Xüsusi diqqət çəkən məqam Dağlıq Qarabağla bağlı qətnamənin qəbul edilməsidir. Qətnamədə təşkilatın ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədiyi və münaqişənin Helsinki Yekun Aktının üç əsas prinsipinə - ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və güc tətbiq etməmə əsasənında həll edilməsinin vacibliyi qeyd olunur.

Ermənistanda bu qətnamə KTMT-nin İrəvana münasibəti istiqamətində irəliləyiş hesab olunur. Çünki Ermənistan təşkilatın üzvü olsa da, KTMT-da təmsil olunan Qzaxıstan, Belarus kimi ölkələr Dağlıq Qarabağ məsələsində prinsipial olaraq Azərbaycanı dəstəkləyir.

Lakin işğalçı ölkəni narahat edən digər məqam Qazaxıstanın 2018-ci ildə KTMT-yə rəhbərlik edəcəyidir. Bu türk dövləti bütün prinsipial məsələlərdə Bakı ilə birgə hərəkət edir, xüsusilə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi tələbini irəli sürür.

İrəvanda hesab edirlər ki, Qazaxıstan 2018-ci ildə KTMT-nin Azərbaycana dəstəyini artıracaq. Həmçinin, Dağlıq Qarabağda baş verə biləcək toqquşmada "aprel müharibəsi”ndə olduğu kimi təşkilatın Ermənistana dəstək verməsinin qarşısını alacaq.

Erməni şərhçi Aram Amatuni yazır ki, Minsk sammiti olduqca ziddiyyətli keçdi: "Bir tərəfdən Dağlıq Qarabağla bağlı qətnamə qəbul olundu, lakin digər tərəfdən, KTMT üzvlərinin kağız üzərində Ermənistanla müttəfiq olmasına baxmayaraq, reallıqda Bakını dəstəkləməsi unudulmamalıdır. Təcrübə KTMT-nin Ermənistana ən vacib məqamda dəstək verməyəcəyini deməyə əsas verir. Xüsusilə 2018-ci ildə Qazaxıstanın təşkilata rəhbərlik edəcəyi bizim üçün arzuolunmaz vəziyyət yarada bilər”.

Erməni şərhçi narahatlıqla vurğulayır ki, gələn il Qarabağda müharibə başlayarsa, KTMT Ermənistana yox, Azərbaycana dəstək verəcək.

"Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti ilə olduqca yaxındır və bütün platformalarda Bakının maraqlarını müdafiə edir. Bu, Ermənistan üçün təhlükə siqnalıdır”, - deyə o bildirib.

Qeyd edək ki, Nursultan Nazarbayev Avrasiya İqtisadi İttifaqı və KTMT-də Ermənistanın Dağlıq Qarabağ məsələsini gündəmə gətirməsinin daim qarşısını alıb və həmişə Azərbaycanın maraqlarını müdafiə edib. Bu baxımdan, 2018-ci ildə Qazaxıstanın KTMT-yə rəhbərliyi dövründə Ermənistan üçün yaxşı heç nə gözlənilmir. Bunu anlayan işğalçı ölkə ciddi şəkildə narahatdır. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol