• $
  • €
  • ₽
  • ₺
  • £

BMT-də Rusiya əleyhinə qətnamə qəbul edildi - İşğalçı elan olundu

BMT-də Rusiya əleyhinə qətnamə qəbul edildi - İşğalçı elan olundu
29.05.2020 07:04
Ötən gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Rusiya tərəfindən işğal edilən Krımda insan haqlarının vəziyyətinə dair yenilənmiş qətnaməni təsdiqləyib.

"Qafqazinfo” xəbər verir ki, "Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan haqları ilə bağlı situasiya” adlı qətnamənin leyhinə 70 ölkə, əleyhinə 26 ölkə, daha 76 ölkə isə bitərəf qalıb. 

Əleyhinə səs verən ölkələr arasında Ermənistan, Belarus, Rusiya, Suriya, Zimbabve və sairləri var. 

Qətnamədə deyilir ki, Ukrayna işğal olunmuş ərazilərdə öz vətəndaşlarının hüquq və azadlıqlarını müdafiə etməyə borcludur.

Sənəddə həmçinin, Rusiyanın BMT Beynəlxalq Məhkəməsinin yarımadada Ukrayna vətəndaşlarının hüquq və azadlıqlarının bərpası ilə bağlı qərarlarını yerinə yetirməsi tələb edilir. Bura yarımadada ukrayna və krım-tatar dillərində təhsilə qoyulan qadağanın aradan qaldırılması da daxildir. 

BMT bir daha Krımın işğalı və ilhaqını təsdiqləyib və Rusiyanın bu addımı tənqid olunub. 

Ukrayna XİN başçısı isə bildirib ki, Krımla bağlı bu qətnamə ən güclüsüdür. Rusiyaya Krımla bağlı təzyiqlər artırılır. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol