• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsmi Bakı Rusiya ilə münasibətlərdən razıdır

Rəsmi Bakı Rusiya ilə münasibətlərdən razıdır
28.12.2017 19:19
Rusiya Federasiyası ilə Azərbaycan arasında strateji tərəfdaşlıq müstəvisində qarşılıqlı faydalı əməkdaşlıq inkişaf edir.

AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

"Azərbaycan və Rusiya Prezidentlərinin dostluq münasibətləri və mütəmadi görüşləri iki ölkə arasında əlaqələrin inkişafında xüsusi rola malikdir. Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulması münasibətilə Moskvada və Bakıda tədbirlər keçirilib, xarici işlər nazirləri səviyyəsində qarşılıqlı rəsmi səfərlər olub. İqtisadi-ticarət, humanitar və regionlararası əməkdaşlığın inkişafı üçün bir sıra uğurlu layihələr həyata keçirilib”, - deyə H.Hacıyev vurğulayıb. 

XİN rəsmisi qeyd edib ki, il ərzində Azərbaycanın ev sahibliyi ilə Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-İran formatlarında xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşlərin keçirilməsi Azərbaycanın qonşu dövlətlərlə uğurlu ikitərəfli tərəfdaşlığını tamamlayaraq, üçtərəfli əsasda bu tərəfdaşlığın inkişafına və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına təkan verib. 

"Görüşlərin yekununda Bakı Bəyannaməsi qəbul olunaraq, üçtərəfli formatda əməkdaşlığın prioritet istiqamətləri, qarşılıqlı şəkildə tərəflərin bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına hörməti və dəstəyi təsbit olunub.

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılan Azərbaycan-Rusiya-İran formatında uğurlu əməkdaşlıq 2016-ci ilin avqustunda dövlət başçıları səviyyəsində keçirilmiş Bakı görüşünün ardınca 1 noyabr 2017-ci ildə Tehranda keçirilmiş növbəti Zirvə Toplantısı ilə xarakterizə olunub. Görüşün yekununda Birgə Bəyannamə qəbul olunub.

Regional və üçtərəfli əməkdaşlıq məsələləri ilə bərabər Azərbaycan-Rusiya-İran formatı Hind okeanı ilə Şimali Avropanı birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir" - məlumatda bildirilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol