• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan ordusu təslimə hazırlaşır

Ermənistan ordusu təslimə hazırlaşır
11.01.2018 22:26

Ermənistan prezidenti Serj Sarkisyan hazırkı müdafiə naziri Viqen Sarkisyanı işdən çıxırmaq niyyətindədir.

Bu barədə İrəvanda dərc olunan "Haykakan jamanak" qəzeti yazıb. Qəzetin versiyasına görə, Viqen Sarkisyan yaxın zamanlarda Ermənistananın xarici işlər naziri təyin ediləcək.

Əslində, bunu Ermənistan ordusunun gücləndirilməsi istiqamətində addım kimi dəyərləndirmək olar. Çünki Viqen Sarkisyanın hətta hərbi xidmətdə olmadığı deyilir və bu bir sıra erməni ekspertləri ciddi narahat edir. Məsələn, erməni politoloq İqor Muradyan Viqen Sarkisyan barədə yazan zaman ironiya ilə onu "genralisimus" kimi təqdim edirdi və Viqenin hansı döyüş qələbələrinə görə müdafiə naziri təyin edilməsi barədə sual verirdi. Yəni peşəkar hərbçi Seyran Ohanyanın uduzduğu aprel döyüşlərindən sonra Qarabağ hərəkatının ilk liderlərindən birinin bu cür sual verməsi məntiqlidir. O, bunu Ermənistan ordusunu daha da zəiflədən addım kimi dəyərləndirirdi.

Aprel döyüşlərinin ssenarisi

Narahat olmaq olardı ki, Serj Sarkisyan Azərbaycan torpaqlarının işğalı ilə nəticələnmiş cinayətkar hərəkatın ilk illərində silahdaşı olmuş erməni millətçilərini dinləyib və Viqen Sarkisyanın yerinə peşəkar hərbçi gətirir. Amma "Haykakan jamanak"ın yazdığından belə düşünmək olar ki, məsələ heç də belə deyil. Qəzetin yazdığına görə, onun yerinə hazırda müdafiə nazirinin müavini işləyən Artak Zakaryan gətirilir. 1974-cü ildə İrəvanda anadan olmuş Zakaryan da Viqen Sarkisyandan ciddi heç nə ilə fərqlənmir. O, əsgərlik görsə də, bunu döyüş illərində yox, atəşkəs imzalandıqdan sonra - 1996-98-ci illərdə keçib. İnstitut müəllimi, QHT təmsilçisi və s. kimi sahələrdə çalışıb, bir sözlə, ortada yeyib, qıraqda gəzib.


Artak Zakaryan və Viqen Sarkisyan

Əslində, Serj Sarkisyanın ordunu zəiflətməsi və ordunun başına xaraktercə zəif, döyüş görməmiş adamları gətirməsi anlaşılandır. Ermənistanda bir qayda olaraq hakimiyyət dəyişikliyi ordunun vasitəsi ilə həyata keçirilir. Yəni ənənəyə görə, ölkənin başçısı olmağın yolu müdafiə nazirliyindən keçirdi. Çünki ordunu əlindən saxlayan hərbçi axırda zor-xoş ölkənin başına keçirdi. Serj Sarkisyansa hakimiyyəti vermək istəmir və bu baxımdan Seyran Ohanyanın aprel döyüşlərində uğradığı məğlubiyyət Sarkisyan üçün çox faydalı oldu. Yəni hakimiyyətə iddialı Seyran Ohanyanı zərərsizləşdirə bildi. Təbii ki, indən belə uzun illər baş nazir kimi Ermənistana rəhbərlik edəcək Serj Sarkisyan yanında heç zaman güclü müdafiə naziri görmək istəməyəcək.                                    
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol