• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyanın İrəvanı silkələyəcək APREL PLANI - Ermənilər QORXU İÇİNDƏ

Sarkisyanın İrəvanı silkələyəcək APREL PLANI - Ermənilər QORXU İÇİNDƏ
05.02.2018 12:10
"Ermənistan hökumətinin fəaliyyəti və strukturu haqqında” qanun layihəsi işğalçı ölkədə ciddi səs-küyə səbəb olub.

Publika.az xəbər verir ki, fevralın 1-də hökumətin iclasında bu qanun layihəsi bəyənilib.

Qanun layihəsinə görə, Nazirlər Kabinetinin bir çox iclası bağlı qapılar arxasında keçiriləcək və ictimaiyyətə yalnız lazım bildikləri məlumatları verəcəklər.

Bu məsələ Ermənistan ictimaiyyətində ciddi rezonans yaradıb. İctimai rəyə görə, Serj Sarkisyan ölkədə avtoritarizmdən diktaturaya keçid edir.

Erməni siyasi şərhçi Tevos Arşakyan yazır ki, bu gün Sarkisyan Ermənistanda çar və "Allahdır”: "O, əvvəlcə hakimiyyəti öz əlində saxlamaq üçün konstitusiyanı dəyişdirdi. Bu, ona baş nazir kreslosunda əyləşərək, çarlıq etməyə imkan verəcək. Ardınca da "Ermənistan hökumətinin fəaliyyəti və strukturu haqqında” qanun layihəsi irəli sürüldü. Bütün bunlar apreldən sonrakı dövrə hazırlıqdır. Şübhəsiz ki, apreldə baş nazir Sarkisyan olacaq. Parlament respublikası üsul-idarəsində Nazirlər Kabineti əhəmiyyətli struktur olacaq və onun iclaslarında çox şey həll olunacaq. Və görünən budur ki, hökumət bütün qara işlərini bağlı qapılar arxasında həyata keçirəcək”.

Erməni şərhçi qeyd edir ki, Sarkisyanın çarlıq və "Allahlıq” dövrü başlayır.

"O, real müxalifəti sıradan çıxartdı, iqtisadiyyat üzərində öz monapoliyasını qurdu, indi də avtotarizmdən diktaturaya keçid edir. Hökumətin qapalı iclaslarında Sarkisyan xalqı rahat şəkildə soymağa davam edəcək”, - deyə o bildirib

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Siyasət 13:36
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol