• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənilər Qarabağda məscidləri dağıdır” - Mübariz Qurbanlı

“Ermənilər Qarabağda məscidləri dağıdır” - Mübariz Qurbanlı
12.02.2018 18:00
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 12-də Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən xbərə görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdəki tolerant və multikultural mühitdən söhbət açaraq bildirib ki, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları və dərin tarixi-mədəni kökləri mövcuddur. Vurğulayıb ki, ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, dini və irqi zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Dövlət Komitəsinin sədri söyləyib ki, dövlətimiz din siyasətinin əsas sütunlarını milli-mənəvi dəyərlərimizin qorunması, tolerantlığın, birgəyaşayışın təbliğ olunması təşkil edir. O, ölkəmizdə rəsmi olaraq 28-i qeyri-islam təmayüllü olmaqla 793 dini qurumun qeydiyyatdan keçdiyini, formalaşmış dini tolerantlıq mühitinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi üçün görülən işlər sayəsində respublikamızda 14 kilsə, 7 sinaqoqun fəaliyyət göstərdiyini qeyd edib. Mütəmadi olaraq dini ibadətgahların inşa və bərpa edildiyini, dini icmalara maliyyə yardımları ayrıldığını deyib.

Prezident cənab İlham Əliyev tərəfindən ötən ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edildiyini qeyd edən Dövlət Komitəsinin sədri bu çağırışın İslamla digər səmavi dinlər arasında dialoq və əməkdaşlığı, harmoniyanı ehtiva etdiyini, il çərçivəsində Finlandiya, İspaniya, Rusiyada önəmli tədbirlərin keçirildiyini bildirib. Qonağa ölkəmizdə qılınan vəhdət namazı barədə də danışan Dövlət Komitəsinin sədri dünyada dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin yayıldığı bir vaxtda Azərbaycan təcrübəsindən yararlanmağın müsbət nəticə verəcəyinə ümidvar olduğunu qeyd edib. Mübariz Qurbanlı din pərdəsi altında gedən proseslərdən qorunmaq üçün Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə Mərkəzi Asiya ölkələri, İran, Türkiyə ilə əməkdaşlıqdan bəhs edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Dövlət Komitəsinin sədri xalqımızın ermənilərlə etnik-dini baxımdan heç bir probleminin olmadığını bildirib. Bu münaqişəyə baxmayaraq, Bakının mərkəzində erməni kilsəsinin qorunub-saxlanıldığını deyib. Dövlət Komitəsinin sədri bu tolerantlığın müqabilində Ermənistan tərəfinin işğal altındakı torpaqlarımızda mədəniyyət abidələrimizi, o cümlədən məscidlərimizi dağıtdıqlarını təəssüflə qeyd edib. Görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan bəhs edən Komitə sədri Roma Papası II Pavelin, Papa Fransiskin Azərbaycana səfərlərinin ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət təsir göstərdiyini diqqətə çatdırıb. İkitərəfli əlaqələrimizin Azərbaycandakı katolik icmasına münasibətdə də özünü göstərdiyini bildirib. Mübariz Qurbanlı Dövlət Komitəsinin Azərbaycandakı katolik icması ilə yaxından əməkdaşlıq etdiyini vurğulayıb.

Ölkəmizə ilk dəfədir səfər etdiyini bildirən Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager cənab Prezidentimiz tərəfindən qəbul edilməsindən məmnunluğunu ifadə edib, bir sıra mühüm görüşlər keçirdiyini bildirib. Müqəddəs Taxt-Tacın Azərbaycanın nümunəvi tolerantlıq mühiti barəsində məlumatlı olduğunu diqqətə çatdırıb. Bu səfər zamanı bu modelin əyani şahidi olduğunu deyib. Qonaq son 20 ildə dövlətimizin katolik icmasına göstərdiyi qayğını, insanların mənəvi ehtiyaclarının ödənilməsinə yaradılan şəraiti yüksək qiymətləndirib. Azərbaycandakı katolik icmasının başçısı Vladimir Feketenin yepiskop rütbəsinə yüksəldilməsinin katolik icmasının inkişafına göstərilən qayğıdan və qarşılıqlı əməkdaşlığa verilən dəyərdən irəli gəldiyini vurğulayıb. Humanitar sahədə əlaqələrin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm rolunun olduğunu bildirib.

Görüşdə ikitərəfli münasibətlərin qorunub-saxlanılmasının və inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Sonda Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi ölkəmizdəki dini tolerantlıq mühitindən və erməni vandalizmindən bəhs edən kitablar qonaqlara təqdim edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol