• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatdan Qarabağ çağırışı: Azərbaycan-Türkiyə…

Deputatdan Qarabağ çağırışı: Azərbaycan-Türkiyə…
22.02.2018 12:29
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən Prezident yanında QHT-lərə Dəstək Şurasının dəstəyi ilə "Qarabağdan Aydına könül körpüsü” layihəsi çərçivəsində Türkiyənin Aydın vilayətində Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib.

Axar.az xəbər verir ki, yüzlərlə insanın, millət vəkilləri, rəsmi şəxslər, QHT və KİV rəhbərlərinin iştirak etdiyi konfransda millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib.

Azərbaycan Milli Elmlər Akademiyasınını Fəlsəfə İnstitutunun rəhbəri, professor İlham Məmmədzadə, siyasət şöbəsinin rəhbəri, professor Rəna Mirzəzədə, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova çıxış edərək Xocalıya Ədalət kampaniyası ilə bağlı geniş məlumatlar veriblər.

Q.Paşayeva çıxışında beynəlxalq təşkilatların ikili standartlardan yanaşmalarını kəskin qınayıb:

"Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var, amma onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərmir. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır. Qərbin ikili standartlarını Xocalı soyqırmına yanaşmada daha aydın gördük. 100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmədi. Eyni vəziyyət Türkiyəyə, türk dünyasına qarşı yanaşmada da özünü göstəririr”.

Millət vəkili bildirib ki, beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqqını qoruya bilmənin tək yolu gücdür:

"Bu güc isə birlikdən keçir. Ona görə də Azərbaycan-Türkiyə olaraq birliyimizi daha da gücləndirməli, gənc nəsillərimizi bir-birimizə daha çox sahib ola bilmə ruhunda yetişdirməli və haqsızlıqlara qarşı birlikdə mübarizə aparmalıyıq. Son günlər bölgədə vəziyyət daha da gərginləşir. Qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır. Bu məsələdə gənclərimizin üzərinə də çox böyük missiya düşür. Türk gəncliyi tariximizə sahib çıxmalı, sosial mediada, virtual aləmdə fəal olmlı, Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada öz səylərini artırmalıdırlar”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol