• $
  • €
  • ₽
  • ₺
  • £

İsa Qəmbərin insult keçirməsi xəbərini ailəsi təkzib etdi

İsa Qəmbərin insult keçirməsi xəbərini ailəsi təkzib etdi
02.03.2018 21:16
Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin Türkiyədə müalicə aldığı xəstəxanada insult keçirməsi barədə mətbuatda xəbərlər yayılıb, modern.az xəbəri dəqiqləşdirmək üçün İsa Qəmbərin həyat yoldaşı Aida Qəmbərlə əlaqə saxlayıb.

O saytımıza açıqlamasında İsa Qəmbərin insult keçirmədiyini, kimlərinsə bilərəkdən yalan xəbər yaydığını deyib.

"İsa Qəmbərin insult keçirməsi barədə yayılan xəbərlər doğru deyil. Elə bir şey olsaydı, mən də onunla Türkiyəyə gedərdim. 5 dəqiqə bundan qabaq həkimlə danışmışam. Elə bir şey yoxdur”.

Aida Qəmbər xəbərin mətbuatda yazılmasına da aydınlıq gətirib.

"Bilirəm ki, mətbuatın işi xəbər yazmaqdır. Buna etiraz etmirəm. Amma İsa Qəmbərin səhhətində ciddi bir şey yoxdur. Düzdü, müəyyən, kiçik problemlər vardı. O da həll olunub. Hətta Azərbaycan mətbuatının hər bir əməkdaşı Türkiyənin Hacəttəpə Universiteti klinikasının həkimi ilə əlaqə saxlayıb xəbəri dəqiqləşdirə bilər”.







www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol