• $
  • €
  • ₽
  • ₺
  • £

Amerikalı diplomat Qarabağdan danışdı

Amerikalı diplomat Qarabağdan danışdı
01.04.2018 13:22
"2016-cı ilin aprelində Qarabağ cəbhəsində baş verən döyüşlərindən sonra Rusiya prezidenti Vladimir Putinin konfliktin həllində vasitəçiliyi stimullaşdırıldı”, bunu modern.az saytına açıqlamasında ABŞ-ın Azərbaycandakı eks-səfiri, ATƏT-in Minsk Qrupunun Amerikadan olan keçmiş səfiri Metyu Brayza deyib.


Onun fikrincə, Vladimir Putin ilk olaraq cəhd etdi ki, ATƏT-in Minsk Qrupunun digər həmsədrləri olmadan təşəbbüsü ələ alsın: "Lakin sonradan digər həmsədrlər - Amerika və Fransa - bu səylərə inteqrasiya olundular. Azərbaycanın aprel döyüşlərində hərbi əməliyyatlarla öz ərazilərini geri qaytarması bir çox beynəlxalq müşahidəçini təəccübləndirdi. Və onu gösətrdi ki, Azərbaycan ordusu həqiqətən də lazımi islahatları uğurla həyata keçirib ”.


Onun sözlərinə görə, Putin Azərbaycanın əleyhinə olmayan konstruktiv təkliflər vermişdi, lakin Ermənistan bunu qəbul etməkdən boyun qaçırdı: "2016-cı ilin iyul ayında etirazçılar Yerevanda polis binasını tutub, bir neçə nəfəri girov saxladılar. Və bununla Qarabağla bağlı təkliflərə qarşı çıxdıqlarını bəyan etdilər".
 
Eks-səfir Azərbaycan və Ermənistanın silah alması fonunda, ABŞ Milli Kəşfiyyat İdarəsinin 2018-ci ildə Qarabağda genişmiqyaslı əməliyyatların başlayacağı proqnozuna da münasibətini açıqlayıb: "Bəli, Azərbaycan və Ermənistan silah alır. Lakin təmas xəttində xarici qüvvələrin təxribatı olmasa, genişmiqyaslı əməliyyatlar başlamaz. Genişmiqyaslı əməliyyatların riski böyükdür. Çünki bu, yüksək siyasi, hərbi xərclər tələb edir. Üstəgəl, genişmiqyaslı əməliyyatların müvəffəqiyyətli olması ehtimalı aşağıdır".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol