• $
  • €
  • ₽
  • ₺
  • £

Əsgərlərimiz tərs bayraq altında and içdilər - RƏZALƏT

Əsgərlərimiz tərs bayraq altında and içdilər - RƏZALƏT
02.04.2018 14:38
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısındakı dövlət bayraqlarından biri səhv asılıb.

Yenicag.az xəbər verir ki, Xidmətin qarşısındakı bayraqlardan biri tərs asılıb, yəni mavi- qırmızı-yaşıl əvəzinə, bayrağın rəngi yaşıl-qırmızı-mavi rənglərdədir.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidməti ilə əlaqə saxladıq.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tofiq Əzizov bildirib ki, mexaniki qüsuru bir an öncə həll edəcəklər.

Qeyd edək ki, ölkəmizdə dövlət bayrağından istifadə qaydaları barədə mükəmməl qanunvericilik bazası yaradılıb. 2004-cü ildə "Azərbaycan Respublikası dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanun qəbul edilib. 2005-ci ildə Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları” təsdiq olunub. 2013-cü ildə isə Nazirlər Kabineti "Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edilməsi haqqında” qərar qəbul edib. Dövlət bayrağı ya bayraq dirəyinin, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır. Bu zaman bayrağın mavi zolağı dirəyin uc tərəfi istiqamətində olmalıdır. Azərbaycan Respublikasının dövlət bayrağından düzgün istifadə edilməsi hər kəsin vətəndaşlıq borcudur.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol