• $
  • €
  • ₽
  • ₺
  • £

İşğala son qoyulmalıdır, yalnız o zaman… - Prezident

İşğala son qoyulmalıdır, yalnız o zaman… - Prezident
05.04.2018 10:47
Yarım əsrdən çoxdur Qoşulmama Hərəkatı humanizm prinsiplərini təşviq edir və fəaliyyətini bütün ölkələrin ərazi bütövlüyü prinsipinə əsaslandırır. Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə və tanıdığına görə Qoşulmama Hərəkatına minnətdarıq.

Anews.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransında deyib.

Prezident bildirib ki, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın əraziləri hələ də işğal altındadır:

"İşğala son qoyulmalıdır və yalnız o zaman regionda sülh bərqərar olacaq”.

Dövlət başçısı bildirib ki, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasına baxmayaraq, indiyə qədər Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmayıb.

"ATƏT-in keçirdiyi monitorinqlər işğal edilən ərazilərdə Azərbaycanın tarixi irsinin erməni vandalları tərəfindən məhv olunduğu göstərib", - Prezident vurğulayıb.

Prezident qeyd edib ki, Ermənistan monoetnik ölkədir, orada digər xalqlara, xüsusilə etnik azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanda multikulturalizm dövlət siyasətidir:

"Azərbaycan əsrlər boyu dini müxtəliflik məkanıdır, bizim gücümüz də bundadır".

Prezident 100 il əvvəl ADR-in kişilərlə bərabər qadınların da hüquqlarını elan etdiyi xatırladıb və bu gün Azərbaycanın demokratiyanın bu dəyərlərini davam etdirdiyini vurğulayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol