• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə-Rusiya-İran formatı: Qarabağ üçün 2 şərt

Türkiyə-Rusiya-İran formatı: Qarabağ üçün 2 şərt
05.04.2018 13:13
Türkiyə-Rusiya-İran formatı bölgədə real gücə çevrilir. Azərbaycanın bu üç ölkənin hər biri ilə quru sərhədi var. Bu baxımdan Azərbaycan mövcud üçlü formatın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində də pozitiv rol oynamasını arzulayır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün Ankarada baş tutan Ərdoğan-Putin-Ruhani görüşünün Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirini şərh edərkən deyib. O bildirib ki, onsuz da ATƏT-in Minsk Qrupu münaqişəni həll etmək istəmir:

"Digər tərəfdən, Türkiyə və İran danışıqlar prosesindən kənarda qalmalarından narazıdırlar. Ona görə də Rusiya-Türkiyə-İran formatı gələcəkdə Cənubi Qafqazda da sabitləyici rol oynaya bilər”.

Politoloqun sözlərinə görə, yeni formatın Cənubi Qafqazda sülhün əldə olunmasına təsiri üçün iki şərt yerinə yetirilməlidir:

"Birincisi, Suriyada müharibə bitməli və davamlı sülh əldə olunmalıdır. Məhz bundan sonra Türkiyə-Rusiya-İran formatı Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərə bilər.

İkincisi, Rusiya üçlü formatın Dağlıq Qarabağ münaqişəsinin həlliylə məşğul olmasına razılıq verməlidir. Çünki Ermənistan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmasını istəmir. Rusiya Ermənistanı yola gətirməlidir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol