• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədən Bakının Qarabağ siyasətinə - Münasibət

Türkiyədən Bakının Qarabağ siyasətinə - Münasibət
16.04.2018 11:49
Türkiyə Rusiya qarşısında Qarabağ münaqişəsinin həllini daha gur səslə gündəmə gətirməyə hazırdır. Ancaq bunun üçün Qarabağ mövzusunda Bakı-Ankara dialoqu genişlənməlidir. Yəni rəsmi Ankara bilmək istəyir ki, Bakı ondan Moskva qarşısında konkret olaraq hansı məsələlərin qaldırılmasını istəyir.

Axar.az xəbər evrir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu Türkiyəyə səfərinin məqsədi, orada keçirdiyi görüşlər və apardığı müzakirələr barədə "Yeni Müsavat”a verdiyi geniş müsahibəsində deyib.

E.Şahinoğlunun sözlərinə görə, türkiyəli deputatlar Qarabağla bağlı sülh danışıqlarının bundan sonra da nəticə verməyəcəyi qənaətindədir:

"Rusiyasız bu münaqişəni həll etməyin mümkün olmadığını bildirirlər. Həmçinin, Moskvanın müharibəyə də imkan verməyəcəyi düşüncəsindədirlər. Millət vəkilləri Azərbaycanın gücləndiyi, Ermənistanın isə kasıblaşdığı, ayrıca bütün layihələrdən kənar qaldığı və bu faktorun gələcəkdə Qarabağ probleminin Azərbaycanın lehinə həll olunacağı imkanını artırdığı fikrindədirlər”.

Analitik bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ən yaxın deputatlardan birinin fikrincə, Azərbaycanın indiki siyasəti doğru yoldadır:

"O bildirdi ki, kiçik və zəif dövlət olan Ermənistan üçün Azərbaycan və Türkiyə ilə sərhədlərin qapalı qalması İrəvana böyük zərbədir. Azərbaycanın indiki siyasəti doğrudur, Ermənistanı təcriddə saxlayıb işğalçı dövlətə təzyiqi artırmaq lazımdır.

Türkiyəli diplomatların ümumi fikrinə görə, Azərbaycan daha da güclənməlidir ki, Rusiya Azərbaycanın gücü ilə hesablaşsın”.

E.Şahinoğlu bildirib ki, Türkiyə-Azərbaycan-Ukrayna formatı yaranarsa, Moskva da Türkiyə-Azərbaycan-Rusiya formatının yaranmasına yaşıl işıq yandıracaq:

"Yaxın aylarda bu 3 dövlətin prezidenti (Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və Petro Poroşenko) bir araya gəlib üçlü mexanizmi işə salacaqlar. Rusiyanın Ukrayna ilə münasibətləri gərgindir. Ona görə də Ankarada düşünürlər ki, Türkiyə-Azərbaycan-Ukrayna formatı yaranarsa, Moskva da geri qalmaq istəməyəcək”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol