• $
  • €
  • ₽
  • ₺
  • £

Ziyafət Əsgərov: Dağlıq Qarabağda terrorçu dəstələr hazırlanır

Ziyafət Əsgərov: Dağlıq Qarabağda terrorçu dəstələr hazırlanır
08.05.2018 11:28
"Avropa İtiffaqına, Avropa parlamentinə nə mane olur ki, Azərbaycana qarşi ikili standartlar tətbiq edir, amma Ermənistana qarşı yox?!”.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

MM sədrinin müavini əlavə edib ki, bu gün Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır: "Bu gün bəzi ölkələrə qarşı sanksiyalar tətbiq edilir. Lakin məsələ Ermənistan-Azərbaycan münasibətlərinə gəldikdə, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir”.

Onun sözlərinə görə, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qarşımızda duran əsas məsələ dünya və region ölkələri ilə əlaqələrin möhkəmlənməsi idi: "İlk növbədə region ölkələri ilə münasibətləri tarazlaşdırmaq lazımdır. Biz bilirdik ki, bu əməkdaşlıq yollarında müəyyən çətinliklər olacaq. Bu gün Azərbaycan müstəqil siyasət aparan ölkə olaraq, region dövlətləri ilə əlaqələrini genişləndirir. Bütün bunlar ona görədir ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət yürüdür. Son illər ərzində yeni boru kəmərlərinin çəkilməsi də bunun tərkib hissəsidir. Lakin çox təəssüflər olsun ki, biz bu məsələləri istədiyimiz qədər genişləndirə bilmirik, çünki regionda bu prosesin həyata keçirilməsinə mane olan bir dövlət var, o da Ermənistandır”.

Z.Əsgərov deyib ki, Ermənistan bu gün terror siyasəti ilə məşğuldur. Bu gün Ermənistanda dövlət siyasəti terror siyasətidir: "Sarkisyandan sonra sağlam düşüncəli insan gələ biləcəkmi? Onlar erməni xalqını işğalçılıq siyasəti üçün girov qoyublar. Biz istəyirik ki, sülh, əməkdaşlıq olsun. Amma bir şərtlə ki, işğal olunmuş Azərbaycan torpaqları azad olunmalıdır, Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir. Lakin Ermənistan bu gün beynəlxalq hüququ qulaq ardına vurur”.

Z.Əsgərov qeyd edib ki, bu gün Dağlıq Qarabağda terrorçu dəstələr hazırlanır: "Bu gün Avropa bazarlarında satılan narkotiklərin tam əksəriyyəti Dağlıq Qarabağdan aparılır. Bu, təkcə Azərbaycanın deyil, hamının problemidir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol