• $
  • €
  • ₽
  • ₺
  • £

Səməd Seyidov vəzifəsindən ÇIXARILACAQ?

Səməd Seyidov vəzifəsindən ÇIXARILACAQ?
17.05.2018 08:23
Xəbər verdiyimiz kimi , Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞPA üzvlərinə qarşı sanksiyalar tətbiq edib.

Sanksiyalar Pedro Aqramunta 10 il, digər üzvlər Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı 2 il ərzində qüvvədə olacaq. Adı sadalanan bu dörd deputatın davranış kodeksini ciddi şəkildə pozduğu, onların müvəqqəti olaraq Assambleyanın mandatından məhrum edildiyi bildirilir. Onlar təyin olunma və ya məruzəçi kimi çıxış etmək, bir sıra əsas vəzifələrə qoşulmaq və ya seçkiləri müşahidə etmək kimi səlahiyyətlərindən məhrum ediliblər.

Sadalanan dörd AŞPA üzvü bu müddət ərzində seçki müşahidəçisi kimi iştirak edə, heç bir komitənin, ya alt komitənin sədri ya sədr müavini ola, AŞPA-nın prezidenti olmaq üçün seçkilərdə namizədliyini irəli sürə bilməyəcək. Onlar həmçinin, Assambleyanı və ya öz komitələrini təmsil etmək, Avropa Şurasının icra orqanına - Nazirlər Komitəsinə suallar vermək hüququndan da məhrum ediliblər.

Məsələ ilə bağlı Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümyəndə heyətinin üzvü Asim Mollazadə Modern.az-a açıqlama verib.

Nümyəndə heyətinin üzvü bildirib ki, bu qərarı ədalətsiz və Azərbaycana qarşı qərəzli mövqe kimi qiymətləndirir.

"Əslində məsələni araşdırsaq görərik ki, korrupsiya faktı başqa ölkə tərəfdən, başqa məsələlərlə bağlı olub. Mən bunu Azərbaycana qarşı aparılan informasiya müharibəsinin tərkib hissəsi hesab edirəm. Səməd Seyidovla bağlı qərara gəldikdə isə bu, onun 2 il müddətinin məruzəçi və müşahidə missiyalarını məhdudlaşdıran qərardır. Bu da ədalətsiz qərardır”.

Deputat bildirib ki, AŞPA-nın qərarının nümayəndə heyətinin rəhbərliyinə heç bir aidiyyatı yoxdur.

"Yəni, Səməd Seyidov yenə də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümyəndə heyətinin rəhbəri vəzifəsini icra edəcək”.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol