• $
  • €
  • ₽
  • ₺
  • £

Cəmil Həsənli ilə Meydan TV-nin davası

Cəmil Həsənli ilə Meydan TV-nin davası
17.05.2018 08:54
Son bir həftədə Avropa və Azərbaycandakı müxalifət arasında başlayan virtual "müharibə” davam edir

 "Yeni Müsavat”  xəbər verir ki, tarixçi professor Meydan.tv-ni qərəzli olmaqda suçlamasına ən sərt reaksiya meydan.tv-nin əməkdaşı Orxan Məmməddən gəlib: "Milli Şura üzvləri təkcə son 6 ayda Meydan.tv-də yayımlanan 30-dan çox veriliş və reportajda söz sahibi olublar. Şəxsən Əli Kərimli elə həmin müddət ərzində Meydan.tv-də saatlarla canlı yayımda danışıb, heç bir senzurasız. İndi Cəmil Həsənli  Emin Milliyə əsəbindən yazıb ki, son vaxtlar Meydan.tv-də Milli Şuraya məhdudiyyət qoyulur. Bunu demək ən azı sizin üçün ayıb olmalıdır, Cəmil bəy. Axı bu boyda komandanın haqqını tapdalamaq olmaz. Direktorumuzu nə qədər tənqid edirsiniz edin, buna 2-3 gündür heç qarışmırıq da. Amma Meydan.tv-nin komandasına edilən haqsızlığa göz yuma bilmərəm”.

Bu cavabdan sonra  Milli Şura sədri bir-birinin ardınca jurnalistə yönəlik statuslar paylaşaraq, onun üzr istəməsini tələb edib. Bu statuslardan ən çox diqqətçəkəni təqdim edirik: "Telejurnalist Sevinc Osmanqızına rəhbərlik tərəfindən bildirilib ki, Milli Şura və Xalq Cəbhəsinə bu media qurumunda moratorium, yəni qadağa qoyulub, əlavə edilib ki, bu, bizim media siyasətidir və onu pozmaq olmaz. Əli Kərimli ilə apardığı bir videomüsahibəyə görə jurnalistə irad bildirilib və ona moratoriumu pozmamaq barədə xəbərdarlıq edilib. Bəzi dostlar unudurlar ki, Meydan.tv-ni  onların öz vəsaitləri hesabına deyil, demokratik qurumlardan aldıqları qrant vəsaitləri hesabına fəaliyyət göstərir. Həmin təşkilatlar qarşısında media qurumunun ayrı-seçkilik etməmək, tərəfsiz, qərəzsiz, obyektiv media siyasəti yeritmək barədə öhdəlikləri var. Son vaxtlar belə məqamlarda bizə necə davranmağı tez-tez xatırlatmağa çalışan məşhur media təmsilçilərindən, tərəfsiz qələm sahiblərindən soruşuram: belə faktlar açılandan sonra diskriminasiyadan uzaq, tərəfsizliyə, qərəzsizliyə, obyektivliyə iddia edin bir mətbuat orqanı necə hərəkət etməlidir?!”

C.Həsənlinin bu statusuna cavabı Meydan.tv-nin əməkdaşı Sevinc Vaqifqızı verib: "Cəmil bəy, mən də bunları yazmaq istəməzdim, amma siz bu yazınızla məcbur etdiniz. Özünüzdən müsahibə alıb Sevinc Osmanqızına göndərmisiniz. Bu da elə təqdim olunub ki, guya Sevinc Osmanqızı sizdən müsahibə alıb. Müsahibə ilə bağlı şübhələr yarananda Sevinc xanım etiraf edib ki, siz ona hazır müsahibə göndərmisiniz. Bundan sonra belə halların baş verməməsi üçün ona xəbərdarlıq edilib. Siz yəqin bilirsiniz ki, bizim işimiz sual verməkdi, öz-özündən müsahibə alıb göndərən adamları yayımlamaq deyil”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol