• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvanın daha bir xain oyunu

İrəvanın daha bir xain oyunu
06.06.2018 08:54
Ermənistan son baş verənlərlə öz beynəlxalq imicini dəyişdirməyə çalışdığı kimi, ola bilsin ki, işğalçılıq siyasətinə Qərbdən daha ciddi dəstək almaq üçün işğal altında olan ərazilərdə qondarma demokratik dəyişiklik görüntüsü yaratmağa çalışır.

Bu sözləri Axar.az-a Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı Xankəndidəki aksiyalara Paşinyanın müraciətindən sonra fasilə verilməsinin səbəblərini şərh edərkən deyib. O bildirib ki, ümumiyyətlə, Ermənistandakı proseslərin Paşinyan və Qarabağ klanı arasındakı mübarizə olduğunu düşünmür:

"Proses bütövlükdə daha mürəkkəb xarakter daşıyır. Bütün bunlar Ermənistanın imici ilə bağlı beynəlxalq mövqeləri öz tərəfinə çəkmək üçün baş verir. Bu istiqamətdə proseslərin getdiyini düşünürəm. Ermənistanın daxilindəki proseslərə təsir edən bütün - istər ölkədaxili, istər ölkə xarici amiləri nəzərə alsaq, görərik ki, burada heç də hər şey Rusiyanı nəzərə alaraq baş vermir”.

A.Aslanlının sözlərinə görə, Ermənistan tərəfindən işğal altında saxlanılan bölgələrdəki proseslərin baş verməsi çox təbiidir. Çünki bu insanlar illərdir işğalçı ordunun nəzarəti altında məcburi şəkildə burada saxlanılır. Onların normal həyat sürməsinə, normal fəaliyyət və hərəkət azadlığına imkan verilmir. Ona görə də insanların buna etiraz etməsi normaldır. Amma bu etirazların görüntü məqsədi də istisna edilməməlidir.

Ekspert qeyd edib ki, qondarma rejimə kənar amillərin təsiri daha güclüdür:

"Kənar amillər buradakı prosesin gedişatı ilə nə baş verəcəyini müəyyənləşdirməyə çalışır. Onlar üçün Xankəndidə hansısa mitinqin keçirilməsi gözlənilməz bir şey deyil. Burada müəyyən sürpriz xarakterli addımların qarşısını isə onlar ala bilərlər”.

A.Aslanlının sözlərinə görə, Paşinyanla Xankəndində baş verən aksiyaların müəyyən əlaqəsi ola bilər:

"Doğrudur, Paşinyan maraqlıdır ki, burada etirazlar, hansısa dəyişiklik olsun. Amma Paşinyanın maraqlı olması o demək deyil ki, oradakı bugünə qədərki xətt, zorla burada yaşayan insanları nəzarətdə saxlayanlar tamamilə devriləcək və azad bir idarəetmə başlayacaq. Burada mahiyyət dəyişməyəcək”.

Qeyd edək ki, Paşinyan Qarabağdakı ermənilərə müraciət edərək, aksiyaların dayandırılmasını istəmişdi. Bundan sonra Azərbaycanın işğal altında olan Xankəndi şəhərində güc strukturlarının istefası tələbi ilə 4 gündür aksiya keçirən ermənilər mitinqlərə fasilə verəcəklərini açıqladı.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol