• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Dilqəm Əsgərovun ayağını sındırıb - oğlu

Ermənilər Dilqəm Əsgərovun ayağını sındırıb -  oğlu
06.06.2018 21:15
"Atamdan aylardır məktub ala bilmirəm. Yazdığım məktublara hələ də cavab gəlməyib. Onun səhhəti məni ciddi narahat edir”


Bunu AzVision.az-a Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilgəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.
O, bildirib ki, qanunsuz məhkəmə prosesləri ərəfəsində ermənilər tərəfindən Dilqəm Əsgərovun ayağı sındırılıb.


"Beynəlxalq Qırmızı Xaç Komitəsi həmişə standart cavab verir ki, girovların səhhəti normaldır, heç bir narazılıqları yoxdur. Aylardır məktub gəlməməsini belə izah edirlər ki, guya atam özü məktub yazmır və ya video göndərilməsini istəmir. Ancaq mən bilirəm ki, vəziyyət əksinədir. Əvvəlki məhkəmələrinə özü gəlirdisə, sonradan ermənilər ayağını sındırmışdılar, deyə axsaya-axsaya gəlirdi. Komitə isə deyir ki, ayağı indi düzəlib, ürəyinə görə dərmanlar qəbul edir. Təəssüflər olsun ki, bizə deyilən cavabların ümidinə qalmışıq”, - deyə K. Əsgərov bildirib.


Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. 


İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol