• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya Azərbaycana silah satacaq? – İrəvan təşvişdədir

Almaniya Azərbaycana silah satacaq? – İrəvan təşvişdədir
29.06.2018 16:14
Avropanın hərbi texnika və silah istehsalı ilə məşğul olan ən iri konserni "Rheinmetall” Azərbaycanla müqavilə imzalamaq niyyətindədir. 

AzVision.az xəbər verir ki, bu barədə Almaniya mətbuatında dərc olunan yazılarda bildirilib.

İyunun ortalarında Parisdə keçirilən "Eurosatory 2018” beynəlxalq hərbi sənaye sərgisi çərçivəsində Almaniyanın "Rheinmetall” şirkətinin nümayəndəsi Con Teylor və Azərbaycanın mərhum müdafiə sənayesi naziri Yavər Camalov "ikitərəfli əməkdaşlığın gələcəyi haqqında” birgə bəyannamə imzalayıblar.

"Rheinmetall”ın verdiyi məlumata əsasən, Azərbaycanla əməkdaşlıq imkanlarının öyrənilməsi barədə razılığa gəliblər. Qeyd olunub ki, "Rheinmetall” konserni Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) embarqo qoymadığı sahələrdə Azərbaycana hərbi xidmətlər göstərəcək. 

Almaniyanın və Avropanın ən iri hərbi şirkətinin Azərbaycana silah və hərbi texnika satmaq perspektivi İrəvanda ciddi təşviş yaradıb. Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan bildirib ki, "Rheinmetall” kimi iri həcmdə hərbi texnika istehsal edən şirkətin Azərbaycanla əməkdaşlığı münaqişə zonalarına hərbi texnika göndərilməsilə bağlı Almaniya qanunvericiliyini pozur və Berlinin beynəlxalq öhdəliklərinə ziddir. Bu əməkdaşlığın Cənubi Qafqazda hərbi balansı növbəti dəfə Azərbaycanın xeyrinə pozacağından narahat olan Aşotyan, Bundestaqın diqqətini bu məsələyə çəkəcəyini deyib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol