• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin cəbhədəki şousu: yalan üzə çıxdı

Ermənilərin cəbhədəki şousu: yalan üzə çıxdı
06.07.2018 17:39
Ermənistan sosial şəbəkələrində işğal edilmiş Azərbaycan ərazilərindəki erməni postlarında müşahidə kameralarının quraşdırmaları barədə şəkillər və təbliğat xarekterli paylaşımlar edilir.

Axar.az xəbər verir ki, Ermənistanın sosial şəbəkə istifadəçiləri özlərini internet üzərindən hər kəsin əldə edə biləcəyi kameralarla (dahua.az/catalog/ptz12240_irb_n.html) "güclü təhlükəsizlik sistemi” qurduqlarına inandırmağa çalışırlar.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, erməni postlarında quraşdırılan kameralar Çinin "Dahua” şirkətinə məxsusdur və qiyməti də təxminən 7000 manatdır.

DH-PTZ12240-IRB-N kameraları parklarda, bağlarda, binalarda və digər sosial iaşə obyektlərində videomüşahidə aparmaq üçün nəzərdə tutulub.

Mərkəzi ofisi Çində yerləşən "Dahua” texnalogiyalar şirkətinin dünyanın müxtəlif ölkələrində satış mərkəzləri vardır və istənilən internet istifadəçisi özü üçün bu kameralardan sifariş edə bilər.

Araşdırmalar zamanı o da bəlli olub ki, Ermənistan ordusu ilə bağlı xəbərlər yayan sosial şəbəkə ünvanları izləyicilərinə məhz Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə bağlı təşkil olunmuş paraddan sonra internetdən sifariş edilərək əldə edilə bilən, hərbi təyinatı olmayan, texniki göstəriciləri zəif olan cihazları təqdim etməklə onların sakitləşdirilməsi istiqamətində təbliğat aparırlar.

Şəkillərdə nümayiş olunan erməni postlarında quraşdırılan və ermənilərin "kosmik müşahidə qurğusu” hesab etdikləri bu kameralar yalnız 300 m məsafəni müşahidə etmək qabiliyyətinə malikdir. Digər şəkildəki DH-PTZ12230-IRB-N kamerası isə istehsaldan çıxarıldığı üçün satışı dayandırılıb.

Beləliklə, Azərbaycan Ordusunun silahlanmasında olan ən adi silahla dirəklərlə hündürlüyə qaldırılmış həmin kameraları və onları enerji ilə təmin edən günəş batareyalarını asanlıqla məhv etmək mümkündür.

Bu da ermənilərin "qala divarları” hesab edərək Azərbaycan arsenalının qarşısına çıxardığı bu kameraların ömrünün uzun olmayacağından xəbər verir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol