Paşinyan: İlham Əliyevlə danışıqlara hazıram

Ermənistan baş naziri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara hazırdır.
Anews.az oxu.az-a istinadla xəbər verir ki, o, bu fikirləri jurnalistlərə açıqlamasında deyib.
"Biz danışıqlar aparmağa hazırıq. Azərbaycan prezidenti ilə danışıqlara hazıram. Danışıqlar üçün material var. Görüş və danışıqlar çox xeyirlidir. Biz hər şeyi həll etmək üçün səylərimizi davam etdirməyə hazırıq”, - o bildirib.
"Həll atmosferi vacibdir. Biz bu atmosferi pozacaq addımlar atmırıq”, - Ermənistan baş naziri qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Son xəbərlər 
Daha çox 






















