• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan Naxçıvan istiqamətində qoşun cəmləşdirır

Ermənistan Naxçıvan istiqamətində qoşun cəmləşdirır
23.07.2018 14:20
Azərbaycan qoşunlarının təkcə Qarabağda deyil, Ermənistanla dövlət sərhədi boyu, xüsusən Naxçıvan istiqamətində cəmləşməsi və fəallaşması haqda deyilənlər doğrudur. İrimiqyaslı hərbi əməliyyatların bərpa edilməsi ehtimalı Bakının danışıqlar prosesindəki "maksimalist tələbləri” nəzərə alınmaqla həmişə yüksək olub. Virtualaz.org xəbər verir ki, bu sözləri Ermənistanın müdafiə naziri David Tonoyan Rusiyada mənzillənən "EADaily” portalına müsahibəsində deyib.
Ermənistan müdafiə nazirinin sözlərinə görə, Azərbaycan qoşunlarının Naxçıvan istiqamətində cəmləşdirilməsi xüsusi narahatlıq doğurur. Çünki bu istiqamətdə istənilən eskalasiya digər regional oyunçuların da cəlb olunduğu böyük böhrana səbəb ola bilər.

David Tonoyan deyib ki, əgər yenə eskalasiya baş versə bu dəfə həmsədrlər erməni tərəfini "əlindəki bütün vasitələri tətbiq etməklə” cavab tədbirləri görməkdən saxlaya bilməyəcək. Onun sözlərinə görə, erməni tərəfi "sülh üçün xahiş etmir”.

Tonoyanın bildirdiyinə görə Ermənistan 2016-cı ilin aprel müharibəsindən hərbi dərs çıxarıb. Gələcəkdə qəfil hücumların baş verməməsi üçün tədbirlər görüb, yəni gözlənilməzlik effektini aradan qaldırıb. Amma erməni tərəfi bütün diqqətini aprel müharibəsinin dərslərinə cəlb etmir.

"Hərb tarixində çoxlu belə nümunələr var ki, hətta ən təcrübli hərbi rəislər və bütöv ordular gələcək müharibələrə əvvəlki hərbi əməliyyatların nəticələrindən çıxış edərək hazırlaşaraq səhvlərə yol veriblər. Ona görə də biz hərbi əməliyyatlara universal şəkildə hazırlaşırıq, təkcə keçmişin təcrübəsini nəzərə almaqla kifayətlənmirik”-Tonoyan bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol