• $
  • €
  • ₽
  • ₺
  • £

Tanklarımız Qarabağda əsas yolları tutur, aviasiya düşmən obyektlərini vurur

Tanklarımız Qarabağda əsas yolları tutur, aviasiya düşmən obyektlərini vurur
29.05.2020 01:49
Azərbaycan Ermənistan ordusu tərəfindən iki yaşlı Zəhranın və nənəsinin qətlə yetirilməsi ilə bağlı "sərt cavab" variantını seçərsə, bu, keçən ilin aprel döyüşlərinə bənzəməlidir.

İstiPress-in məlumatına görə, bu barədə rusiyalı jurnalist Mixail Belyayevin iyulun 4-də Ermənistan ordusu tərəfindən Füzuli rayonun Alxanlı kəndinə edilmiş minaatan hücumu nəticəsinə iki yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın  həlak olması, həmçinin ailənin yaxın qohumu Sərvinaz Quliyevanın ağır yaralanması ilə bağlı yazdığı məqalədə bildirilir.

Müəllif son günlərdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin 2016-cı il martın ikinci yarısını xatırladır. Onda da Ermənistan ordusunun hücumları nəticəsində bir neçə dinc sakin öldürülmüşdü: "Bundan sonra Azərbaycan ordusu  Ermənistan tərəfə ağır zərbə vurdu və bir neçə strateji yüksəkliyi ələ keçirdi".

Mixail Belyayevin fikrincə, Azərbaycan bu variantı seçərsə, bu, lokal hücum əməliyyatı olacaq:

"Nəticədə, Azərbaycan ordusu yeni pozisiyalar ələ keçirəcək ki, mövqeləri möhkəmlənsin və danışıqlarda Ermənistan üçün yeganə çıxış yolu substantiv danışıqlara başlamaq olsun.  Hadisələrin bu cür inkişafı nəticəsində İrəvanın danışıqlarda mövqeyi zəifləyəcək ki, bu da müəyyən dərəcədə Rusiyanın regional maraqlarına uyğun olacaq".

Müəllif fikirlərini Ermənistanın maksimalist mövqeyi ilə izah edir:

"Rusiyanın regiondakı sülh məramı Ermənistanın maksimalist mövqeyi üzündən dalan dirənib. Ermənistan Bakının Dağlıq Qarabağın müstəqilliyini tanımasını şərt qoyaraq bir qarşı belə torpaq azad etmək istəmir ki, bu da tamamilə qeyri-real ssenaridir". 

Mixail Belyayev bu məqaləsi ilə faktiki olaraq Azərbaycanı blitskriqə, yəni ildırım sürətli müharibəyə çağırıb. İlkin məlumatlardan belə görünür ki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi üçün bu döyüş növündən istifadə etməsinə bütün imkanları var.

Hərbi nəzəriyyəyə görə, bu döyüş variantında tanklar mühasirə xəttini yararaq düşmənin arxasına keçir və əsas yolları tutur, aviasiya isə düşmənin əsas hərbi obyektlərini darmadağın edir. Güclü aviasiyaya və tank birləşmələrinə malik Azərbaycanın bu variantı seçməsi ehtimal ediləndir və erməni şərhçilər uzun müddət bu variantı müzakirə edirdilər. Aprel döyüşləri günlərində də Ermənistan ordusu tank birləşmələrini Xankəndiyə yığmaqla bu varianta hazırlaşırdı.

Əslində, bu variantın indi də təkrarlanması mümkündür. Azərbaycan bir zərbə ilə Ağdərə-Kəlbəcər, Cəbrayıl-Zəngilan istiqamətlərini tuta bilər, həmçinin Xankəndi - Laçın istiqamətində əsas obyektləri zərərsizləşdirə bilər. Bu isə rusiyalı şərhçi Mixail Belyayevin dediyi ki, həm Rusiyanı, həm münaqişənin həllini istəyən digər gücləri razı sala bilər. Azərbaycanın müdafiə sistemi beynəlxalq konyukturanı nəzərə alaraq, bu variantı gerçəkləşdirməlidir.

Çingiz Rüstəmov,
İstiPress 




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol