• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın qocaman icra başçıları

Azərbaycanın qocaman icra başçıları
06.10.2018 13:26
Onların arasında iki dəfə icra başçısı təyin olunan şəxslər də var.

GoldNews.az Azərbaycanın rayonlarına başçılıq edən ən yaşlı icra başçılarıının siyahısını təqdim edir:

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Muxtarov Əhməd Kərəm oğlu 05 fevral 1951-ci ildə Azərbaycan Respublikası Yevlax rayonunun Malbinəsi kəndində anadan olub. 29 mart 2006-cı il tarixdən Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edir.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov da qocaman kadrlar arasında yer alır. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri olan Bayram Əsəd oğlu Səfərov 1951-ci ildə Şuşada anadan olub. O, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib. 2009-cu il fevral ayının 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.  17 aprel 2016-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə Bayram Əsəd oğlu Səfərovu "Şöhrət” ordeni ilə təltif edib.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı  Ənvər Qasım oğlu Seyidəliyev də yaşlı nəslin nümayəndələrindən hesab olunur. 68 yaşlı icra başçısı Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. 2007-ci ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edir. 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Sadıqov Mirdaməd Mirsadıq oğlu 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 2000-ci ildən 2007-ci ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetində prorektor vəzifəsində çalışıb. 2004-cü ildə "Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub. 2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 86 saylı İsmayıllı Seçki Dairəsindən YAP Mərkəzi Şurasının vahid namizədi kimi irəli sürülüb. 2008-ci il noyabr ayının 21-dən Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib. 68 yaşlı M.Sadıqov 2013-cü ildən İsmayıllının icra başçısı vəzifəsini icra edir.

Samux Rayon İcra Hakimiyyətinin başçısı da soyadından göründüyü kimi qocaman icra başçılarından biri hesab olunur. Qocayev Alı İbrahim oğlu 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. 2005-2012-ci illərdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı olub. İki dəfə icra başçısı təyin olunan A.Qocayev Azərbaycanın iki rayonuna rəhbərlike dib. 2012-ci ildən indiyə qədər Samuxun icra başçısı vəzifəsini icra edir. 

Zaqatala Rayonu İcra Hakimiyyətinin Başçısı Əhmədzadə Mübariz Cuma oğlunun 71 yaşı var. O, 5 yanvar 1947-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olub. 2007-2009-cu illərdə Qax Rayon İcra Hakimiyyətinin başçısı olub. O da iki dəfə icra başçısı təyin olunan şəxslər siyahısındadır. 9 ildir ki, Zaqatalaya başçılıq edir. 

İcra başçıları arasında ən qocamanının isə 80-ə yaxın yaşı var. 79 yaşlı Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 2004-cü ildən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı postunu tutub. 14 ildir icra başçısı vəzifəsini icra edən Ş.Xanbabayev 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR Baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının Baş naziri, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb. O, 1939-cu il aprelin 1-də Naxçıvan MR Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub.

Qeyd edək ki, Azərbaycanda rayonlara rəhbərlik edən icra başçıları arasında ən cavanının 37 yaşı var. Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Həbib oğlu Hüseynov 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. Azərbaycan Respublikası Prezidentinin 12 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol