• $
  • €
  • ₽
  • ₺
  • £

Fransada Qarabağla bağlı yeni təklif

Fransada Qarabağla bağlı yeni təklif
28.10.2014 00:58

Fransua Olland İlham Əliyev və Serj Sarkisyanla yeni təklifdən danışacaq

Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentləri ilə görüş zamanı Dağlıq Qarabağın ətrafında uzun müddət davam edən münaqişəyə son qoymaq üçün Avropanın yeni təklifi barədə danışacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə "France Presse" agentliyi xəbər yayıb.

Məlumatda deyilir ki, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer keçən həftə Ermənistana və Azərbaycana Ukraynadakı müharibənin fonunda son aylarda zorakılığın kəskin eskalasiyasından sonra səfər edib və görünür ki, Avropa bununla münaqişənin həllində maraqlı olduğunu göstərmiş oldu.

Agentlik bildirir ki, hər an alovlanmağa hazır olan 20 illik münaqişənin yenidən qan tökülməsinə səbəb olmaması və tərəflər arasında gərginliyin azaldılması üçün prezidentlərin görüşü bu mənada xüsusi əhəmiyyət daşıyır.

"Ukraynadakı münaqişə, Krımın Rusiya tərəfindən işğalı Qarabağ ətrafında vəziyyəti daha da kəskinləşdirir" - deyə Ollanda yaxın olan mənbə agentlyə verdiyi məlumatda bildirib.

Mənbə həmçinin bildirib ki, Parisdə keçiriləcək üçtərəfli görüşdə münaqişənin həlli üçün irəliləyiş əldə etmək Olland üçün çətin olacaq.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol