• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident evi dağılan yaşlı qadının əlini öpdü - VİDEO

Prezident evi dağılan yaşlı qadının əlini öpdü - VİDEO
07.02.2019 19:19
Xəbər verdiyimiz kimi, dövlət başçısı İlham Əliyev fevralın 7-də zəlzələnin baş verdiyi Şamaxı rayonuna baş çəkib.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan prezidenti Şamaxı şəhəri, Salman Mümtaz küçəsi 33 ünvanında yerləşən və ən çox zərər dəymiş evin sakinləri ilə görüşüb. 
Prezidentə məlumat verilib ki, Rasim Həsənova məxsus iki mərtəbəli, beş otaqlı evin iki otağı tamamilə dağılaraq yararsız vəziyyətə düşüb.

Yaranmış vəziyyətlə tanış olan dövlət başçısı dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq göstəriş verib. 
Ev sahibləri ilə görüş zamanı maraqlı anlar yaşanıb. Belə ki, ev sahibi olan yaşlı qadın prezident İlham Əliyevlə görüş zamanı ona təşəkkürünü bildirib, əlini öpmək istəsə də, dövlət başçısı incə bir jestlə özü əyilərək qadının əllərindən öpüb.
Prezident zəlzələdən zərər çəkən hər kəsə kömək ediləcəyini bildirib:
"Harda evləri bərpa etmək mümkündürsə, bərpa ediləcək. Harada bərpa etmək mümkün deyil, yeni ev tikiləcək. Dövlət bu işi öz üzərinə götürüb”.
Qeyd edək ki, dövlət başçısı Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam da imzalayıb.
Sənədə əsasən, baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.
Xatırladaq ki, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Belə ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə - İsmayıllı ərazisində zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol