• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyanın Qarabağla bağlı yeni "gizlənpaç oyunu"

Paşinyanın Qarabağla bağlı yeni "gizlənpaç oyunu"
09.02.2019 09:53
Fevralın 6-da Ermənistan hökumətinin proqram layihəsi elan edildi. 71 səhifəlik sənəd diqqətçəkən bir faktı təsdiqləyib. Belə ki, xarici siyasət sahəsində bir neçə diqqətçəkən aspekt var. Məsələn, qeyd edilir ki, hökumət ATƏT-in Minsk qrupu formatında Dağlıq Qarabağ münaqişəsinin sülh nizamlanmasına səy göstərəcək. Bildirilir ki, danışıqlar prosesində "Artsax"ın (Dağlıq Qarabağ – red.) statusunun və təhlükəsizliyinin təminatı Ermənistanın başlanğıc prioritetidir.

Paşinyan hökuməti iddiasında qalaraq yenidən təsdiq edir ki, Dağlıq Qarabağdakı qondarma rejim münaqişə tərəfidir, nizama salınma prosesində həlledici səsə malik olmalıdır. Amma hökumətin proqramında qonşu Türkiyəylə münasibətlərin yaxşılaşması haqqında heç nə yoxdur, hərçənd Paşinyan ilkin şərtlərsiz bu ölkə ilə münasibətlərin qurulmasından daha əvvəl danışıb.

Məsələyə dair fikirlərini publika.az-la bölüşən politoloq İlqar Vəlizadə bildirdi ki, Paşinyanın yeni proqram tərtib etməyə nə siyasi səriştəsi, nə də həvəsi var:

"Təəssüflər olsun ki, Paşinyan xalqını hələ də nağıllarla yedizdirir. Çünki son aylar ərzində xalqların sülhə hazırlanması ilə bağlı mesajlar praktiki addımlarla ziddiyyət təşkil edir. Dağlıq Qarabağ erməniləri əslində Qarabağ xalqı kimi qələmə verilir. Amma burada yalnız erməni icmasından söhbət gedə bilər.
Paşinyan bu icmanı danışıqlar prosesində tərəf kimi təqdim etməyə çalışır. Lakin gerçəklik bundan ibarətdir ki, bu icma danışıqlar prosesinin tərəfi kimi çıxış edə bilməz, yalnız Azərbaycanın Qarabağ icması isə müəyyən müzakirələr apara bilər. Çünki burada Dağlıq Qarabağın taleyindən söhbət gedir. Belə vəziyyətdə hər iki icmanı nəzərdə tutmalıyıq. Ermənistanın keçmiş hakimiyyətinin prioritetlərinin yeni hökumətin proqramında olduğu kimi əks etdirilməsi ondan xəbər verir ki, Paşinyan hakimiyyəti köhnə illüziyalardan tamamilə azad olunmayıb. Bu xülyalarla hələ də yaşayır və düşünür ki, belə yanaşmaların hansısa potensialı var. Bəlkə də Ermənistan cəmiyyəti də bunu qəbul edir. Lakin dünya reallığı bunu qəbul etmir. Yaxşı, deyək ki, Paşinyan Azərbaycan tərəfinin fikirlərini qəbul etmir, lakin burda təkcə bizim yox, digər oyunçuların – Minsk qrupunun həmsədrlərinin yanaşması da var. Minsk qrupu bildirir ki, ən azı bir neçə rayon azad olunmalıdır. Rusiya, ABŞ məsələyə qarışır, Dağlıq Qarabağın ətraf ərazilərinin qaytarılması məsələsini dilə gətirirlər. Lakin Paşinyan yenə də bu ölkələrlə gizlənpaç oynayır. Yaxud da reallıqları qəbul etməkdə əziyyət çəkir. Son nəticədə isə Dağlıq Qarabağ konfliktinin mürəkkəbləşməsinə gətirib çıxarır. Halbuki tərəflər arasında gərginliyin azalması və müəyyən nəticəyə gəlməklə bağlı razılaşmalar vardı".

Politoloq bildirdi ki, Ermənistanın yeni proqramında Türkiyə ilə bağlı dəyişikliklərin olmaması normaldır:

"Çünki buna cəsarət, siyasi şövq lazımdır. Bu sadalananlar isə Paşinyanda mövcud deyil. Bu azmış kimi, Paşinyan hələ öz xəyallarını reallaşdırmağa cəhd göstərir. Eyni zamanda, Ermənistanın havadarları da ona belə imkanlar yaradır. Məsələn, Fransa prezidenti Emmanuel Makron qondarma "erməni soyqırımı" ilə bağlı yeni qərar qəbul edib. Bu, əslində bir mesajdır ki, biz sizin mövqeyinizi dəstəkləyirik. Lakin bu cəhdlər də boşdur. Əgər kənardan ermənilərə təzyiq olunsaydı, onlar bəlkə mövqelərini dəyişdirərdilər. Amma nə erməni ictimaiyyəti bu barədə fikirlərini dilə gətirir, nə də hakimiyyət mövcud komfortlu şəraitini pozmaq istəmir. İnanmıram ki, Paşinyan Türkiyə ilə bağlı hansısa siyasi addım atsın".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Siyasət 13:36
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol