• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycanda partlayıcılar yerləşdirilir” - ŞOK AÇIQLAMA

“Azərbaycanda partlayıcılar yerləşdirilir” - ŞOK AÇIQLAMA
27.08.2014 21:28
“Rusiya öz sərhədləri yaxınlığında münaqişənin baş verməsində maraqlı deyil. Bu ona sərf etmir, əksinə ABŞ üçün sərfəlidir və Azərbaycan-Ermənistan münaqişəsinin gərginləşməsinin arxasında Vaşinqton dayanır”.Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan Administrasiyasında işləyən, daha sonra “Wall Street Journal” nəşrində redaktor köməkçisi olan, “Business Week” və “Scripps Howard News Service”də ilə köşə yazıları ilə çıxış edən, “Reyqan iqtisadiyyatının atası” kimi tanınan Pol Roberts rus mediasına müsahibəsində deyib.P.Roberst qeyd edib ki, Vaşinqton Bakının Rusiyaya qarşı çevrilməsində maraqlıdır: “Bunun üçün əlindən gələni edir. Azərbaycana qarşı insan haqları, demokratiya tənqidlərinin də arxasında bu dayanır. Vaşinqton çalışır ki, Rusiyada nifaq salsın, problemləri ortaya çıxsın və Rusiya hökuməti dünyanın heç bir yerində ABŞ-ın ambisiyalarına qarşı çıxa bilməsin. Xatırlatmaq lazımdır ki, Britaniya parlamenti ilə Rusiya hökuməti birlikdə Amerikanın Suriyaya müdaxilə təşəbbüsünü blokladı. Rusiya regionda uranın zəngilləşdirilməsi məsələsinin diplomatik həll yolunu təklif edərək İrana hərbi müdaxilənin qarşısını aldı. Beləliklə, Rusiya öz təsirindən istifadə edərək ABŞ-ın iki planının qarşısı ala bildi. Bu Vaşinqtonu əsəbiləşdirdi və onlar Ukrayna hökumətinin devrilməsini həyata keçirdilər. Bu birbaşa Rusiyaya ciddi problemlər yaratmaq üçün edildi, çünki Ukrayna əsrlər boyu Rusiyanın təsirində olub. ABŞ həmçinin başqa istiqamətlərdə səylərini artırır. Məsələn, Stalinin vətənində - Gürcüstanda işləyirlər, Azərbaycanda bu iş aparılır. Amerika Rusiyaya qarşı hər yerdə bu fəaliyyətini davam etdirəcək”.Məşhur amerikalı siyasətçi qeyd edib ki, Xəzər regionu ABŞ və Rusiya üçün olduqca əhəmiyyətlidir. O, Rusiyanın bu regiondakı maraqlarının Vaşinqton üçün ciddi siqnal olduğunu bildirir. Pol Robertsin sözlərinə görə, amerikalıların çoxu bu regionu heç tanımır: “Rusiyanın dağılması üçün bu region olduqca əhəmiyyətlidir. Buna görə də ABŞ bu regiondakı ölkələrin dəstəyinə nail olmaq üçün inadla işləyir. Hesab edirəm ki, Rusiya sərhədlərində Vaşinqtonun aktiv partlayıcılar yerləşdirməsi Moskva üçün ciddi problemlər vəd edir. Vaşinqtonun təhdidi artdıqca, vaxtilə Rusiyanın təsir orbitində olan bu region Moskva üçün ciddi təhlükə mənbəyinə çevrilir”.Pol Roberst hesab edir ki, Vaşinqtonun bu siyasəti uğurludur. Onun sözlərinə görə, ABŞ Ukraynanı artıq özünə tabe etdi, həmçinin Gürcüstanı əlinə aldı: “İndi regionun digər ölkələri və Mərkəzi Asiyadakı postsovet respublikaları üzərində plan qurulur. Düşünürəm ki, bu da uğur qazanacaq, çünki pul möcüzələr yaradır. Bu alət Vaşinqtonda uğurla istifadə olunur”. Amerikalı siyasətçi əlavə edib ki, ABŞ xarici siyasətinin əsas prioriteti Rusiyanı məhv etməkdir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol