• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Əbülfəz Elçibəyin anım günüdür

Bu gün Əbülfəz Elçibəyin anım günüdür
22.08.2014 09:00
Silahdaşları onun məzarını ziyarət edəcəklər; Almurad Əliyev: “Kim tədbir keçirir-keçirsin, mənim üçün hamı birdir...”Bu gün sabiq prezident Əbülfəz Elçibəyin vəfat günüdür. Elçibəyin qardaşı Almurad Əlıiyev anım günü münasibətilə eks-prezidentin məzarının ziyarət olunacağını vurğuladı.Ayrı-ayrı partiyaların bu münasibətlə Xiyabana toplaşacaqlarını qeyd edən Almurad bəy istəyir ki, bu tədbir dövlət səviyyəsində də keçirilsin: “Kim tədbir keçirir-keçirsin. Mənim üçün hamı birdir. Heç bir fərq qoymuram”. Elçibəyin irsinin toplanması işlərinin nə yerdə qalmasına gəldikdə, A.Əliyev dedi ki, hazırda Bəyin haqqında bir kitab nəşrə hazırlanır: “Elçibəylə bağlı olan nə vardısa, hamısı toplanıb və evindədir”. Qardaşı dedi ki, Elçibəyin ev muzeyinin yaradılması və əşyaların ora toplanması da çox yaxşı olardı.Avqustun 22-də Müsavat Partiyasının rəhbərliyi 22 avqust saat 11.00-da Fəxri Xiyabana toplaşacaq. Başqan müavini Gülağa Aslanlı bu barədə məlumat yayıb. Bildirib ki, arzu edənlər tədbirdə iştirak edə bilərlər. AXCP və digər partiyaların da anıt mərasimi keçirəcəyi barədə xəbər var. Qeyd edək ki, avqustun 22-də Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin vəfatından on dörd il keçir. Bu tarix Elçibəyin anım günü kimi qeyd olunur. Bu tarixdə Elçibəyin siyasi mübarizə yoldaşları və yaxınları onun Fəxri Xiyabandakı abidəsi önündə anım mərasimi keçirir. Əbülfəz Əliyev (Elçibəy) iyunun 24-də 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub. Ötən sərin 80-ci illərinin sonlarında başlanan xalq azadlıq hərəkatının liderlərindən biri olub. O, Xalq Cəbhəsinin sədri kimi 1992-ci il iyunun 7-də Azərbaycanın prezidenti seçilib. 1993-cü ilin iyununda baş vermiş qiyam nəticəsində Bakını tərk edərək anadan olduğu Kələki kəndinə gedib, 4 il 4 ay orada yaşayıb. 2000-ci ilin avqustun 22-də 63 yaşında vəfat edib.Allah rəhmət eləsin!ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol