Vahid Səmədov vəzifəsindən AZAD EDİLDİ

"Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin (ATV) icraçı direktoru Vahid Səmədov vəzifəsindən azad edilib.
Anews.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bir neçə həftə bundan əvvəl işindən uzaqlaşıb. Keçmiş icraçı direktorun kanaldan getmə səbəbi məlum deyil. Lakin iddia olunur ki, V. Səmədov digər kanalların birində vəzifəyə gətiriləcək.
www.anews.az
Son xəbərlər 
Daha çox 























