• $
  • €
  • ₽
  • ₺
  • £

SON DƏQİQƏ: ABŞ-dan Türkiyəyə qarşı ŞOK QƏRAR

SON DƏQİQƏ: ABŞ-dan Türkiyəyə qarşı ŞOK QƏRAR
10.12.2019 11:50
ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatın Silahlı Xidmətlər Komitələri aylarla davam edən müzakirələrdən sonra Milli Müdafiə Səlahiyyəti Qanunu (NDAA) üzərində razılaşıb.

Publika.az "Röyters”ə istinadən xəbər verir ki, qanun Türkiyənin Rusiyadan aldığı S-400 müdafiə sisteminə görə sanksiya çağırışının da verildiyi 738 milyard dollarlıq Müdafiə Nazirliyi büdcəsini ehtiva edir.

Bundan başqa, qanunda Rusiya və Çin ilə daha yaxşı rəqabət apara bilmək üçün tədbirlər nəzərdə tutulub. Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının qadağan edilməsi də sənəddə yer alıb. Əlavə olaraq, Rusiya ilə hər cür hərbi əməkdaşlığın qadağan edilməsi, Türkiyəyə "Şimal axını 2” və "Türk axını” layihələrinə görə sanksiya tətbiq edilməsi də tövsiyə olunur.

ABŞ prezidenti Donald Trampa edilən çağırışda Türkiyəyə S-400-lərə görə F-35-lərin satılmaması və sanksiya tətbiq edilməsi tələb olunur. Həmçinin, Şimali Koreyaya sərt cavab verilməsi istənilir.

Sənəddə Donald Trampın uzun müddətdir ki, arzusu olan "Kosmik Güc”ün yaradılması üçün federal büdcədən vəsaitin ayrılması da yer alıb.
Qanunun 2019-cu il bitmədən Konqresdən keçməsi və prezidentə təqdim edilməsi gözlənilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol