• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlər Kabineti:"Cərimələr və sərt cəzalara başlayırıq!"

Nazirlər Kabineti:"Cərimələr və sərt cəzalara başlayırıq!"
29.05.2020 04:13
Karantin qaydalarını pozanlar cərimələnəcək və sərt cəzalandırılacaqlar,  bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov REAL TV-nin efirində deyib.

"Çox təəssüf ki, regionlarda koronavirisa qarşı mübarizə tədbirlərində həmrəylik müşahidə olunmur. Məcburiyyət tətbiq edilmədiyi üçün insanlar evlərindən çıxırlar. Dünya təcrübəsi onu göstərdi ki, 65 yaşdan yuxarı insanlar bu xəstəliyə daha tez yoluxur və proses arzuolunmaz şəkildə, ağrılı nəticələnir. Ona görə də, bu insanları qorumaq üçün dövlət belə bir addım atıb. Ancaq buna baxmayaraq, qanuna əməl olunmur”, - deyə o, bildirib. 

Mətbuat katibi vurğulayıb ki, insanlar fərdi məsuliyyətini dərk etmir, ailələri isə onlara təzyiq göstərmir.  "Hətta qaydaları pozan o qədər çoxdur ki, 745 adam inzibati məsuliyyətə cəlb olunub. Buna baxmayaraq polisə etiraz da var, müqavimət də. Bizim mentalitetimizə görə, böyüklərə hörmət olunur, onlarla sərt danışılmır. Hətta polis də buna gedə bilmir. Ancaq vəziyyət onu göstərir ki, artıq xəbərdarlıq olunacaq, protokol yazılacaq və daha sonra cərimə olunacaq. Polislərə xüsusi planşetlər paylanılıb və ad, soyad deyildiyi halda həmin şəxsin məlumat bazası açılır. Hazırda yoluxmanın sürəti getdikcə artır. Sağalma sürəti ilə xəstəliyin yayılma sürəti arasında kəskin disproporsiya müşahidə olunur. Artıq biz arzuolunmaz istiqamətə gedirik”, - İbrahim Məmmədov söyləyib. 

Mətbuat katibi bildirib ki, ölkə üzrə 65 yaşdan yuxarı insanların sayı 17 mindən çoxdur. Bunlara 1600 sosial işçi xidmət göstərəcək.Onlar vətəndaşların öz hesablarına ərzaq alaraq evlərinə aparacaqlar.Gələcəkdə bu sosial işçilərin maaşlarının artırılması gözlənilir.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol