• $
  • €
  • ₽
  • ₺
  • £

Həsən Şirinovun sürücüsünə vəzifə verildi

Həsən Şirinovun sürücüsünə vəzifə verildi
23.07.2014 10:32
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində (BŞDYPİ) kadr dəyişikliyi olub. 
ANN.Az AzNews.az-a istinadən məlumatına görə, idarə rəisi polis polkovniki Nuşirəvan Səfərov özünə ikinci müavin təyin edib. Belə ki, idarənin şöbə rəisi vəzifəsində çalışan Eyvaz Şahverdiyev bundan sonra müavin kimi çalışacaq. Qeyd edək ki, BŞDYP rəisinin ikinci müavini Rəşadət Babayev yol-patrul xidməti alayının komandiri təyin olunandan sonra bu vəzifə boş qalmışdı. 
Nuşirəvan Səfərovun digər bir əmri ilə 3-cü tağımın komandiri Mayıl Yusifov Eyvaz Şahverdiyevin yerinə təyinat alıb. 3-cü tağıma da yeni rəhbər gətirilib. Bu vəzifəni bundan sonra 8-ci tağımın inspektoru Füzuli Əsədov icra edəcək. 
Qeyd edək ki, Eyvaz Şahverdiyevin müavin statuslu yerinə təyinat alan Mayıl Yusifov Baş Yol Polis İdarəsinin müavini Həsən Şirinovun kadrı kimi tanınır. H. Şirinov BŞDYPİ-nin rəisi işlədiyi vaxtda Mayıl Yusifov onun sürücüsü olub. 
Onu da bildirək ki, son günlər Həsən Şirinovun işində verdiyi ciddi nöqsanlara görə, cəzalandırılması barədə xəbərlər yayılıb. 
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol