• $
  • €
  • ₽
  • ₺
  • £

Elmar Məmmədyarovdan xəbər var

Elmar Məmmədyarovdan xəbər var
06.07.2020 21:30
Bu ilin 6 iyul tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi ilə video konfrans formatında görüşü baş tutub.

Görüşdə Azərbaycanın Aİ yanında Nümayəndəliyinin rəhbəri və Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri də iştirak ediblər.
Görüşün başlıca məqsədi Azərbaycan və Aİ arasında ikitərəfli tərəfdaşlıq gündəliyinə daxil olan, eləcə də Azərbaycanın Şərq Tərəfdaşlığı çərçivəsində iştirakı məsələlərinin müzakirəsi olub.

Xarici İşlər naziri COVİD-19 pandemiyasının təsirlərinə qarşı mübarizə sahəsində Aİ-nin ölkəmizin milli səylərinə dəstək göstərən yardımlarına görə təşəkkürünü bildirib, bu çərçivədə bundan sonra da əməkdaşlığın praktiki istiqamətlərdə davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Video konfrans zamanı Aİ-nin qaydalara əsaslanan dünya nizamı üzrə bölüşülən dəyərləri, o cümlədən dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstək verilməsi ilə bağlı prinsipial mövqeyi Azərbaycan Xarici İşlər naziri tərəfindən məmnunluqla qeyd edilib, tərəflər Şərq Tərəfdaşlığı ölkələrinin gələn il keçirilməsi nəzərdə tutulan zirvə görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş ilə bağlı müzakirələr aparılıb və bu sazişin yekunlaşdırılması ilə bağlı hər iki tərəfin maraqlı olduğu vurğulanıb. Yaxın zamanlarda tərəflərin saziş üzrə danışıqları yenidən davam etdirəcəyi qeyd olunub və danışıqlarda irəliləyişin əldə olunmasına dair ümid ifadə olunub.

Tərəflər, həmçinin Vahid Aviasiya Məkanının yaradılması haqqında Saziş, Tərəfdaşlıq Prioritetləri, Azərbaycanın Aİ proqramlarında iştirakı, vizaların ləğvi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Enerji və nəqliyyat bağlılığı sahələrində əməkdaşlıq məsələləri üzrə müzakirələr aparan Azərbaycan və Aİ rəsmiləri hər iki istiqamətdə mövcud olan böyük layihələr və onların gələcək inkişafı perspektivlərini nəzərdən keçiriblər.

Görüşün sonunda növbəti Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının keçirilməsi barədə fikir mübadiləsi baş tutub.

Hər iki tərəf mövcud qlobal pandemiya şəraitində onlayn müzakirələrin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, pandemiyadan sonra birbaşa təmasların və görüşlərin təşkilini razılaşdırıblar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol