• $
  • €
  • ₽
  • ₺
  • £

190 manatlıq ödənişlə bağlı rəsmi açıqlama

190 manatlıq ödənişlə bağlı rəsmi açıqlama
04.08.2020 17:17
"Pandemiya ilə bağlı aprel və may aylarında 600 min vətəndaşa 190 manalıq birdəfəlik ödəmə edilib”.

Anews.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Onun sözlərinə görə, "Məşğulluq haqqında” qanuna əsasən, birdəfəlik ödəmə işsiz kimi qeydiyyata alınan şəxslərə verilir: "Bundan sonra epidemioloji vəsiyyət nəzərə alınaraq 16 şəhər və rayonda məhdudiyyətlər tətbiq edilmişdi. Həmin yerlərdə də yaşayan və 190 manat alan şəxslərə yenidən 190 manat ödəniş etdik. Biz bu proqramı şəffaf şəkildə icra etdik. Torpaq və pay mülkiyyətçiləri məşğul şəxslər sayılır. Bu mənada həmin şəxslər məşğul şəxslər hesab olunur.
 
Hazırda məşğulluq mərkəzlərində 26 minə yaxın iş yerləri var. 190 manatla bağlı şikayətlər nazirlik tərədindən araşdırılır. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev göstəriş verib”.

Nazir müavini qeyd edib ki, uzun müddət bank kartlarını götürməyən şəxslərə yenidən ödəniş edilmir: "Çünki biz hesab edirik ki, əgər şəxsin buna ehtiyacı varsa gəlib həmin kartı götürəcək”.(report)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol