Milli Məclisdə payız sessiyasının ilk iclası: Bu gün deputatlar nəyi müzakirə edəcək?

Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində ilk komitə iclası keçirilcək.
Anews.az bildirir ki, bu barədə Oxu.Az-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü İsa Həbibbəyli məlumat verib.
Onun sözlərinə görə, bir sıra qanunlara əlavə və düzəlişlər nəzərdə tutulub.
Parlamentari xatırladıb ki, "Ali məktəb haqqında” qanun layihəsinin hazırlanmasına Milli Məclisin beşinci çağırışında başlanılmışdı.
Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























