• $
  • €
  • ₽
  • ₺
  • £

Ombudsman Tofiq Yaqublu ilə görüşüb

Ombudsman Tofiq Yaqublu ilə görüşüb
07.09.2020 16:26
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.

Bu barədə anews.az-a Ombudsman Aparatından məlumat verilib.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmə zamanı bu müəssisədə saxlanma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım və digər hüquqların təmin olunması vəziyyəti araşdırılıb.
Başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir neçə şəxs, o cümlədən qida qəbulundan imtina etməsi ilə bağlı barəsində məlumat yayılmış Tofiq Yaqublu konfidensial qaydada qəbul olunub.

Qəbulda T.Yaqublu barəsində olan cinayət işi və məhkəmə qərarından narazılığını əsas göstərərək bu addımı atdığını qeyd edib. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) həkim üzvünün də iştirak etdiyi qəbul zamanı ona səhhətində ciddi problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı, müəssisə və tibbi-sanitar hissə rəhbərliyinə isə onun səhhətinin həkim nəzarətində saxlanılması məqsədilə müvafiq tövsiyələr verilib.
Qəbul çərçivəsində saxlanılan şəxslərə Ombudsmanın səlahiyyətləri barədə məlumat və qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib, ərizələri qəbul olunub, bir sıra müraciətlər yerində təmin edilib.

Başçəkmənin nəticəsi ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunacaq.

*********
 
 
Altı gündür həbsxanada ölüm aclığı keçirən Tofiq Yaqubluya Ombudsmanın nümayəndələri baş çəkib.

Anews.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Həmin məlumatı T. Yaqublunun qızı Nigar Həzi də təsdiqləyib. O feysbukda qeyd edib ki, Ombudsman Aparatının nümayəndəsi ilə danışıb:

"Bildirdilər ki, indicə Tofiq Yaqublunun yanından çıxdıq və bu barədə ətraflı açıqlama verəcəyik”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol