“Azəriqaz”da yeni kadr dəyişikliyi - RƏSMİ

"Azəriqaz” İstehsalat Birliyində (İB) kadr dəyişikli olub.
Bu barədə "Azəriqaz” İB-dən məlumat verilib.
Belə ki, Rəşad Mübariz oğlu Cavadov Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəisi təyin edilib. Bu barədə baş direktor Ruslan Əliyev müvafiq əmr imzalayıb.
Rəşad Cavadov bu təyinata qədər "Azəriqaz” İstehsalat Birliyinin Abonent bazasına xidmət şöbəsinin rəis müavini vəzifəsində çalışıb.
www.anews.az
























