• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Qurbanov: "Ordumuz uğurla irəliləyir"

Qurban Qurbanov: "Ordumuz uğurla irəliləyir"
29.09.2020 18:31
"Cəbhədən gələn xəbərlər bir tərəfdən sevindiricidir, digər tərəfdən isə üzülürük".

Anews.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin Polşa "Legiya"sı ilə səfər oyunu öncəsi Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Son günlər cəbhədə baş verənlərə münasibət bildirən 48 yaşlı mütəxəssis vurğulayıb ki, Ermənistan sülh danışıqlarında iştirakdan imtina etdiyi üçün vəziyyət bu həddə çatıb: "Çox istərdik ki, torpaqlarımız sülh yolu ilə geri qayıtsın. Əfsuslar olsun, düşmən tərəf bunu başa düşmədi və sonda Ali Baş Komandan belə qərar verdi. Başqa çıxış yolu qoymadılar. Şükürlər olsun ki, ordumuz uğurla irəliləyir. Bəlkə də torpaqlarımızın çox hissəsi alınıb. İnanıram ki, qısa zamanda hamısını işğaldan azad edəcəyik".

Təcrübəli baş məşqçi insan itkilərinə görə üzüldüyünü vurğulayıb: "Amma müharibə bunsuz mümkün deyil. Belə şeyləri hamımız göz qabağına gətirməliyik. Hamımız onların yanında olmağı çox istərdik. Ruhən onlarla birlikdəyik. Allah əsgərlərimizi qorusun. Torpaqlarımız tezliklə işğaldan azad olunsun".
Oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol