• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəli jurnalist: "Azərbaycan Ordusu çox güclüdür"

Türkiyəli jurnalist: "Azərbaycan Ordusu çox güclüdür"
03.10.2020 09:42
"Biz günlərdir cəbhə bölgəsindəyik. Azərbaycan Ordusunun Ermənistan əsgərlərindən qənimət kimi ələ keçirdiyi hərbi tenikaları və silah-sursatı gördük".
Anews.az xəbər verir ki, bunu "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına Türkiyənin İhlas Haber Ajansının (İHA) Azərbaycana – cəbhə bölgəsinə ezam olunmuş nümayəndəsi Murad Delice deyib.

O qeyd edib ki, Azərbaycan Ordusu 30 il bundan əvvəlki kimi deyil:

"Hazırda Azərbaycan Ordusu çox güclüdür. Bunu da beynəlxalq arenalarda göstərirlər. Bu günə qədər ortaya çıxan görüntülər də Azərbaycan Ordusunun nə qədər güclü olduğunun əyani sübutudur. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin də açıqlamaları Ordunun nə qədər ağıllı, təfəkkürlü və qərarlı şəkildə irəliləyəcəyinin və Ermənistanın illər əvvəl haqlı olmadığı halda işğal etdiyi torpaqları, Qarabağ bölgəsini geri alacağını göstərir".

"Müharibənin də bir qanunu var. Ermənistan silahlı qüvvələri hazırda qanundan kənar hərəkət edir. Yəni dinc əhaliyə güllə, top atılmaz. Heç bir halda dinc əhali müharibə zamanı vurulmaz, hədəf alınmaz. Ermənistan silahlı qüvvələri burada yanlış bir iş görür və dünyada özünü rəzil vəziyyətə salır. Amma Allah böyükdür. Şəhidlər bizim şəhidlərdir. Türkiyədə belə bir söz var - "Biz bir ölərik, min dirilərik”. Azərbaycan Ordusu da min dirilər. Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı müzəffər olacağını düşünürəm. Azərbaycandan olan həmkarlarıma, qardaşlarıma da təşəkkür edirəm”, - M.Delice bildirib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol