• $
  • €
  • ₽
  • ₺
  • £

Generalların doğulduğu yerlər də işğaldan azad edildi

Generalların doğulduğu yerlər də işğaldan azad edildi
26.10.2020 11:32
Azərbaycan Ordusu işğal altında olan torpaqları, rayonları azad etmək üçün hərbi əməliyyatları davam etdirir. Ordu birliklərinə rəhbərlik edən iki general isə 27 il idi ki, məcburi köçkün idilər. Artıq onlar doğulduqları yerləri düşmən tapdağından azad ediblər.

"Qafqazinfo”nunverdiyi xəbərə görə, birlik komandiri, general-mayor Mayis Bərxudarov 20 aprel 1976-cı ildə Qubadlı şəhərində doğulub. Mayis Bərxudarov uşaq vaxtlarında güləşlə məşğul olub.

Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub. 90-cı illərdə Qarabağ müharibəsində şəhid olan müəllimi Əliyar Əliyevə söz verib ki, Azərbaycan bayrağını Ə.Əliyevin şəhid olduğu "Laçın dəhlizi"ndə sancacaq. Prezident İlham Əliyev Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə Mayis Bərxudarovu təbrik etmişdi.

Dünən isə general-mayor Mayis Bərxudarovun doğulduğu Qubadlı şəhəri işğaldan azad edilib. Generalın doğma şəhəri geri qaytarıldı, indi isə növbə şəhid olan müəlliminə verdiyi sözdədir.

27 il kəndi işğal altında olan daha bir generalımız isə Hikmət Həsənovdur. 1-ci Ordu korpusunun komandiri H.Həsənov Suqovuşanı işğaldan azad etdiyi üçün Ali Baş Komandan tərəfindən təbrik alıb.

General-mayor Hikmət Həsənov 1975-ci il oktyabrın 9-da Füzuli rayonunun Pirəhmədli kəndində anadan olub. Orta məktəbdə oxuduğu vaxt Ermənistan Füzuli rayonunu və generalın doğulduğu kəndi işğal edib. Bu hadisədən sonra Hikmət Həsənov hərbçi olmaq fikrini qətiləşdirib. 1992-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub.
 
Elə həmin ildə cəbhədə vəziyyətin pis olduğunu görüb və ərizə yazaraq təhsilini yarımçıq qoyaraq doğma kəndi uğrunda döyüşlərə qatılıb. Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli şəhəri ilə birgə rayonun Pirəhmədli kəndinin da işğaldan azad edildiyini açıqlayıb. General-mayor Hikmət Həsənov da artıq məcburi köçkün deyil.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol