Müdafiə Nazirliyi: Tərtər atəşə tutulur

Noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutur
Anews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.
www.anews.az
























