• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentdən yeni FƏRMAN

Prezidentdən yeni FƏRMAN
21.12.2020 14:47
Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Müşahidə (Direktorlar) Şurasının katibi vəzifəsi təsis edilib.

Anews.az xəbər verir ki, bu, İlham Əliyevin bu gün imzaladığı fərmanla "Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”nə edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edəcək və Şuranın katibi Şuranın sədrinə hesabat verəcək.

Şuranın katibi:
- Şuranın iclaslarını təşkil edəcək;
- Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt barədə Şura üzvlərinə, habelə icra orqanının rəhbərinə və Şuranın iclaslarına dəvət olunan şəxslərə iclasa azı 3 (üç) iş günü qalmış yazılı məlumat verəcək;
- Şuranın iclaslarının protokollarını tərtib edəcək və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edəcək;
-Şuranın qərarlarının layihələrini hazırlayacaq, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edəcək;
- Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edəcək.

Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdiriləcək. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edəcək. Şura protokolu təsdiq edərək icra orqanının rəhbərinə göndərəcək.

Qeyd edək ki, Müşahidə (Direktorlar) Şurası publik hüquqi şəxsə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol