• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: "İlham Əliyev Şuşaya işıq verir, həyat verir, gələcək verir"

Zahid Oruc: "İlham Əliyev Şuşaya işıq verir, həyat verir, gələcək verir"
27.12.2020 15:19
""Azərişıq” ASC-nin  mühəndisləri, texniki heyəti də çiyinlərində yükü daşıyanlardır. Onlar da hərbiçilərimiz kimi fədakardılar”.


Bu fikirləri millət vəkili Zahid Oruc işğaldan azad edilmiş ərazilərin elektrik enerjisiylə təchizatı barəsində danışarkən səsləndirib.


 O qeyd edib ki, mühəndis əməyi də Şuşa üçün, işğaldan azad olunan ərazilər üçün savaşın bir hissəsidir: "Bu dəqiqə həmin insanlar ağır, şaxtalı havada, çovğunda, qarda, yolsuzluq şəraitində durmadan çalışırlar, Şuşaya işıq verirlər. Azərbaycanın mədəniyyət beşiyində, bizim üçün müqəddəs olan yerdə bu işığın ayrı, özəl bir mənası var. O, mütləq ətrafdan da görünür. Heç şübhəsiz ki, uzun on illər Azərbaycandan ayrı düşmüş məkana, qaranlıq, zülmət yaradılmış məkana işıq vermək, çıraqların yanması böyük məna daşıyır. Bu, Azərbaycan əlləriylə bizim tarixi yurdumuzun yenidən bərpa olunmasıdır”.


Zahid Oruc bildirib ki, bu fədakar əmək təqdirəlayiqdir:


"Vaxtilə Xəzər dənizində estakadalar, şəhər salınırdı. Fədakar insanlar əmək sərf edir, böyük işçi qüvvəsi canı, qanı ilə Azərbaycan iqtisadiyyatının fundamentini formalaşdırırdılar. Yaxud, Baykal-Amur magistralı ilə bağlı da eyni əmək rəşadətini, inşaat cəbhəsində vuruşan insanların hünərini vurğulamaq olar.  Ona görə Şuşada yaradılan bu baza, elektrik enerjisi özlüyündə  orada Azərbaycanın təkcə iqtisadi əsası deyil, bu həm də siyasi, mənəvi amildir, qarşıdakı dövr üçün bütövlükdə digər ərazilərin bərpa olunması işinin bünövrəsidir, əsasıdır. Ucalan elektrik dirəkləri bizim orada, Şuşa qalasında möhkəmlənmə dirəklərimizdir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol