Çavuşoğlu: “Lavrovla Dağlıq Qarabağı da müzakirə edəcəyik”

"Sabah Soçidə rusiyalı həmkarım Sergey Lavrovla görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsini də müzakirə edəcəyik”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu kosovalı həmkarı ilə birgə mətbuat konfransında deyib.
Türkiyə XİN başçısının sözlərinə görə, Cənubi Qafqazda atəşkəs, sabitlik və davamlı sülh BMT, ATƏT-in müvafiq qərarlarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır.
www.anews.az
Son xəbərlər 
Daha çox 























