• $
  • €
  • ₽
  • ₺
  • £

Sülh məsələsində Rusiyaya etibar etmək olmaz - AÇIQLAMA

Sülh məsələsində Rusiyaya etibar etmək olmaz - AÇIQLAMA
29.12.2020 09:58
Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.

Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb.


Erməni təxribatı ilə bağlı anews.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, bu məsələdə Rusiyaya etibar etmək olmaz.

"Mən ilk gündən deyirəm ki, bu müharibə tam başa çatmayıb. Sülhməramlı belə olmur. Bölgədə sülh yaratmaqla terorirstləri zərərləşdirməlidir. Rusiya sülhməramlıları isə onları tərkisilah etmək istəmir. Bu halda biz antiterror əməliyyatları davam etdirmək məcburiyyətindəyik. Ən yaxın zamanda türk hərbçiləri bölgəyə gəlməlidir”.

Politoloq onu da bildirib ki, Rusiya Xankəndində 1987-ci il separatçi rejim yarananda hələ ozaman onlara dəstək olmuşdu. 

"Müharibə noyabr ayının 10-da bitməsinə baxmayaraq erməni terrorçuları yenə bizim orduya atəş açır. Ən sonunçu erməni silahlısı çıxmayana qədər heç bir sülhdən söhbət gedə bilməz. Biz Xankəndinə rahat daxil olmalıyıq, onlar bizim qanunları qəbul etməlidir.Hələki bunların heç biri baş verməyib. Əksinə erməni terorçuları əllərində silahla meşələrdə gəzir. Daha sonra saxta xəritələrin yayılması, qundarma respublikanın rəhbəri ilə öpüşüb görüşmə səhnəsi, tortun üzərində separatçıların bayrağının dalğalanması, qapalı zallarda rus hərbçilərinin çıxışları onu sübut edir ki, ermənilərin arxasında dayanan gec elə həmin rusiya hərbçiləridir. Rusiya məhz həmin separatçılardan Azərbaycan əlehinə istifadə etməyə çalışır. Əgər yenidən bu hallar təkrarlanarsa, güllələr atılarsa, Azərbaycan ordusu şəhid verəcəksə dövlət başçısının dediyi kimi biz müharibəni yenidən genişləndirmək məcburiyyətində qalacayıq. Hələ də Azərbaycan ərazisində 4-5 min erməni silahlı rahat gəzib terror hadisəsi törədir” – deyə Elxan Şahinoğlu vurğulayıb. 


Milli Məclisin siyasi məsələlər üzrə komitəsinin deputatı Fəzail Ağamalı isə hesab edir ki, bu cür hadisələrin baş verməsi ermənilərin Azərbaycanın qələbəsini həzm edə bilməməkdən qaynaqlanır.

"Ali baş komandanın rəəhbərliyi altında biz Ermənistanı darmadağın etdik. Sarsıdıcı zərbələr vurduq. Təbiiki onlar bu halla barışa bilmirlər. Ermənistanda gedən prosesləri izləyən bilir ki, erməni cəmiyyəti və siyasi qüvvələri Azərbaycanın qələbəsini həzm edə bilmir. Bu yaxınlarda cinayətkar rejimin təhlükəsizlik katibi Ermənistanın ictimai tv-də müsahibəsində dedi ki, biz Hadrutu alacayıq torpaqları ələ keçirəcəyik. Dağlıq Arstaq dövlətinin yaradılmasına nail olacayıq. Bu cür bəyanətlə çıxış edən cinayətkar rəsmi şəkildə bunu  ictimailəşdirirsə deməli onlar hələ də ağır məğlubiyyətdən nəticə çıxarmayıblar. Nəticədə problemlər yaratmağa çalışacaqlar. Bu artıq Azərbaycanda törədilən ikinci təxribat hadisədir. 

Deputat onu da qeyd etdi ki, bu vəziyyətdə Rusiya sülhməramlıları öz məsuliyyətini anlamırlar.


"Rusiya sülhməramlıları öz məsuliyyətini anlayıb missilarını doğru şəkildə yerinə yetirməlidirlər. Dağlıq Qarabağda nə qədər silahlı dəstə var tərkisilah etməlidirlər. Bu cür hadisələrin baş verməsinə imkan verməli deyirlər. Təəssüfki sülhməramlı qüvvələr Dağlıq Qarabağda cinayətkar rejimi müdafiə etməkdə, dəstəkləməkdə himayə etməkdə davam edir. Onların üzərinə düşən vəzifəni yerinə yetirməkdən yayınmış olurlar”. 


Qeyd edək ki, oxşar hadisə 2020-ci il noyabr ayının 26-da işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülmüş, 2 nəfər yaralanmış,  dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu  həlak olmuş və "Azercell” şirkətinin əməkdaşı ağır yaralanmışdır.

Gülnar Nazimqızı

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol