• $
  • €
  • ₽
  • ₺
  • £

Hulusi Akar: “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır” - FOTO

Hulusi Akar: “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır” - FOTO
31.12.2020 12:43
Türkiyə Milli Müdafiə naziri Hülusi Akar Qarabağda yaradılan Ortaq Mərkəzdə fəaliyyət göstərəcək türkiyəli əsgərlərin qarşısında çıxış edib.
 
Bu barədə nazirliyin rəsmi saytında qeyd edilir.
 
"Hər şey açıq-aşkardır. Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır. Bunu hamı yaddaşına yazsın, heç kim unutmasın, səhv hesablamalar etməsin”.
 
Türkiyəli nazir Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri ilə Azərbaycanın Ulu öndəri Heydər Əliyevin "Biz bir millət, iki dövlətik. Bu, bizim dostluğumuzun və qardaşlığımızın mənasını təşkil edir” fikirlərini də xatırladıb.
 
O qeyd edib ki, Azərbaycanın Əsgər Marşında deyildiyi kimi "Azərbaycan əsgəri dönməz geri” sözlərinə sadiq qalıb:
 
"O, 44 gün Azərbaycan tarixinə və dolayısıyla türk tarixinə qızıl hərflərlə yazıldı. Ümid edirəm, bu 44 gündə qazanılan uğurlar haqqında 44 il və daha sonralar da danışmağa davam ediləcək”.
 
Ermənistanın törətdiyi qətliamları, yaşanan faciələri və üçüncü tərəfin mövqeyini əsla unutmayacağını bildirən Akar Türkiyə və Azərbaycanın kədər və sevincdə birlikdə olduqlarını vurğulayıb:
 
"Bu birlik sonsuza qədər davam edəcək. Ümid edirəm ki, bu, ölkələrimizin, türk millətinin xeyrinə olacaq və onların gələcəklərinin təminatı olacaq. Necə ki, 102 il əvvəl Nuri Paşa ilə birlikdə Azərbaycan türklərinin işğalçılara qarşı mübarizəsinə qoşulduq və qalib gəldik, bu gün də eyni ruhdayıq. Yenə də hər cür mübarizə və təhdidlərə qarşı çiyin-çiyinə mübarizə apardıq. Buna görə hər kəs bu mövzuda ağlını başına yığmalıdır. O günün Qafqaz ordusu, bugünkü Azərbaycan Ordusu bütün texnologiyaları istifadə edərək və bütün imkanları səfərbər edərək bu nəcib millətin rifahı və sağ qalması üçün hər cür səy göstərdi və bundan sonra da göstərəcək”.
 
O, sözlərinin sonunda şəhidlərə rəhmət diləyib, qazilərə minnətdarlığını bildirib və bütün heyətin yeni ilini təbrik edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol